Politoloq: BRICS Qərbin təsirlərini minimallaşdırmağı hədəf seçmiş təşkilatdır

Politoloq: BRICS Qərbin təsirlərini minimallaşdırmağı hədəf seçmiş təşkilatdır BRICS sadəcə iqtisadi platforma olaraq qalmayacaq və bu qurum Qərbin təsirlərini minimallaşdırmağı hədəf seçmiş təşkilatdır.
Xarici siyasət
8 aprel 2024 07:01
Politoloq: BRICS Qərbin təsirlərini minimallaşdırmağı hədəf seçmiş təşkilatdır

BRICS sadəcə iqtisadi platforma olaraq qalmayacaq və bu qurum Qərbin təsirlərini minimallaşdırmağı hədəf seçmiş təşkilatdır.

“Report” xəbər verir ki, bunu Bakı Dövlət Universitetinin (BDU) Beynəlxalq münasibətlər kafedrasının müəllimi Aytən Qurbanova “Azərbaycan və BRICS: imkanlar və perspektivlər” adlı tədbirdə “BRICS və Cənubi Qafqazda cərəyan edən proseslər” mövzusunda çıxış edərkən deyib.

Onun sözlərinə görə, BRICS-ə üzv bəzi dövlətlərin Cənubi Qafqazdakı proseslərlə bağlı mövqeyi birmənalı deyil:

“Bunu Azərbaycan-Ermənistan normallaşma prosesi ilə bağlı da görə bilərik. Ona görə də bu təşkilat çərçivəsində əməkdaşlığın inkişaf etdirilməsi yeni münasibətlərin formalaşması baxımından da böyük əhəmiyyət kəsb edir. Azərbaycan da bu qurum üçün əhəmiyyətli tərəfdaşdır. Bu, gələcəkdə Qərbin təsirlərini minimallaşdırmağı hədəf seçmiş təşkilatdır”.

A.Qurbanova bildirib ki, bu təşkilatın Cənubi Qafqaza doğru irəliləməsi özü üçün mühüm inkişaf perspektividir:

“Bu gün BRICS çərçivəsində atılan addımların yeni dünya nizamının tərkib hissəsi olduğunu aydın şəkildə görə bilərik. Fikrimcə, Cənubi Qafqazın bu qurumda təmsil olunması vacib məsələlərdən biridir. Azərbaycan birqütblü dünya nizamına heç vaxt tərəfdar deyil, amma Qərbin formalaşdırdığı beynəlxalq münasibətlər çərçivəsində diqtə olunan heç bir məsələni qəbullanmaq niyyətində də deyilik. Biz regionun aparıcı dövlətiyik”.

Qeyd edək ki, BRICS (BRİKS) 2006-cı ildə yaradılıb, Braziliya, Rusiya, Hindistan, Çin, Cənubi Afrika Respublikası, Misir, Efiopiya, İran və Birləşmiş Ərəb Əmirliklərini özündə birləşdirən hökumətlərarası təşkilatdır.

Əvvəlcə investisiya imkanlarını müəyyən edən qruplaşma hökumətləri 2009-cu ildən bəri hər il rəsmi sammitlərdə toplaşan və çoxtərəfli siyasətləri koordinasiya edən vahid geosiyasi bloka çevrilib. BRICS arasında ikitərəfli əlaqələr əsasən müdaxilə etməmək, bərabərlik və qarşılıqlı fayda əsasında aparılır.

Son xəbərlər

Orphus sistemi