Batumidə Azərbaycan vətəndaşının növbəti məhkəmə iclası başa çatıb

Batumidə Azərbaycan vətəndaşının növbəti məhkəmə iclası başa çatıb Gürcüstanın Batumi Şəhər Məhkəməsində binanın bir hissəsinin çökməsi faktına görə tutulan Azərbaycan vətəndaşı Zaur Budaqov və daha 2 nəfərin işi üzrə növbəti dinləmə keçirilir.
Xarici siyasət
26 Yanvar , 2022 18:37
Batumidə Azərbaycan vətəndaşının növbəti məhkəmə iclası başa çatıb

Batumi Şəhər Məhkəməsində şəhərdə binanın bir hissəsinin çökməsi işi üzrə ittiham olunan Azərbaycan vətəndaşı Zaur Budaqov və daha 2 nəfərin işi üzrə keçirilən növbəti məhkəmə iclası başa çatıb.

“Report”un yerli bürosu xəbər verir ki, prosesdə distant qaydada iştirak edən təqsirləndirilən şəxslər özlərini təqsirli bilməyiblər.

Məhkəmə ittiham tərəfinin sübutlarının araşdırılması mərhələsinə keçəcək. Proses fevralın 10-da başlayacaq və may ayına qədər davam edəcək. İş üzrə sübutların həcminə görə ittiham tərəfinə 10 dinləmə təyin olunacaq və bundan sonra müdafiə tərəfinin əldə etdiyi materiallara baxış keçiriləcək.

14:27

Gürcüstanın Batumi Şəhər Məhkəməsində binanın bir hissəsinin çökməsi faktına görə tutulan Azərbaycan vətəndaşı Zaur Budaqov və daha 2 nəfərin işi üzrə növbəti dinləmə keçirilir.

“Report”un yerli bürosu xəbər verir ki, ittiham olunanlar prosesdə distant qaydada iştirak edirlər.

Müdafiə tərəfi işin obyektiv araşdırılmasını tələb edir.

Qeyd edək ki, iş üzrə ilk məhkəmə iclası yanvarın 12-də baş tutub. Müdafiə tərəfinin ittiham olunanların girov müqabilində azadlığa buraxılması ilə bağlı qaldırdığı vəsatət təmin olunmayıb.

Xatırladaq ki, Batumidə yaşayış binasının bir bloku ötən il oktyabrın 8-də çöküb. Nəticədə 3-ü uşaq olmaqla 9 nəfər ölüb. Ekspertiziya əsasən, çökməyə səbəb birinci mərtəbədə Z.Budaqova məxsus olan mənzildə dayaq divarının sökülməsi olub. Azərbaycan vətəndaşı və təmir işləri aparan digər iki şəxs ölüm və ağır nəticələrə səbəb olan tikinti işlərinin aparılmasında texniki və təhlükəsizlik qaydalarının pozulmasında ittiham olunurlar.

Son xəbərlər

Orphus sistemi