Yuxarı
    Bağlamaq

    Ukrayna baş prokurorunun müavini: "Azərbaycanlılara qarşı törədilən cinayətlərin istintaqı davam edir" - EKSKLÜZİV

    Baş prokuror Yuri Lutsenkonun Azərbaycana səfəri zamanı azərbaycanlı həmkarlarımızı məsələ bağlı əldə olunan irəliləyişdən xəbərdar edəcəyik

    Kiyev. 4 fevral. REPORT.AZ/ "Ukraynada azərbaycanlılara qarşı törədilən cinayətlərin istintaqı davam edir. Bu proses Ukrayna baş prokuroru Yuri Lutsenkonun şəxsi nəzarəti altındadır".

    Bunu "Report"un Ukrayna bürosuna açıqlamasındsa Ukrayna baş prokurorunun müavini Yevgeni Yenin deyib. 

    Bu ölkədə azərbaycanlılara qarşı törədilən cinayətlərin araşdırılması və günahkarların aşkara çıxarılaraq cəzalandırılması ilə bağlı görülən işlərdən danışan baş prokurorun müavini vurğulayıb ki, prosesi dayandırmaq niyyətində deyillər.   

    "Bildiyimə görə, Ukrayna baş prokuroru Yuri Lutsenko yaxın zamanlarda Azərbaycana səfər edəcək. Səfər zamanı azərbaycanlı həmkarlarımızı məsələ bağlı əldə olunan irəliləyişdən xəbərdar edəcəyik. Azərbaycanlı həmkarlarımızın bizə ünvanladığı işlərlə bağlı həqiqəti üzə çıxarana qədər irəliləyəcəyik", - deyə Y.Yenin bildirib.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi