Baş Prokurorluğun nümayəndə heyəti MDB dövlətləri Baş Prokurorlarının Əlaqələndirmə Şurasının iclasında iştirak edib

Baş Prokurorluğun nümayəndə heyəti MDB dövlətləri Baş Prokurorlarının Əlaqələndirmə Şurasının iclasında iştirak edib Bakı. 24 sentyabr. REPORT.AZ/ Tacikistanın paytaxtı Düşənbə şəhərində Müstəqil Dövlətlər Birliyi (MDB) iştirakçı dövlətlərinin Baş Prokurorlarının Əlaqələndirmə Şurasının (BPƏŞ) 28-ci iclası keçirilib.
Xarici siyasət
24 Sentyabr , 2018 16:20
Baş Prokurorluğun nümayəndə heyəti MDB dövlətləri Baş Prokurorlarının Əlaqələndirmə Şurasının iclasında iştirak edib
0 : 00
0 : 00

Bakı. 24 sentyabr. REPORT.AZ/ Tacikistanın paytaxtı Düşənbə şəhərində Müstəqil Dövlətlər Birliyi (MDB) iştirakçı dövlətlərinin Baş Prokurorlarının Əlaqələndirmə Şurasının (BPƏŞ) 28-ci iclası keçirilib.

Baş Prokurorluğun Mətbuat xidmətindən "Report"a verilən məlumata görə, MDB prokurorluq orqanları əməkdaşlarının iştirak etdikləri tədbirdə Azərbaycanı Baş prokurorun birinci müavini Rüstəm Usubovun rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edib. 

Şuranın iclasında Azərbaycan nümayəndə heyətinin rəhbəri Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən məhkəmə-hüquq islahatları çərçivəsində prokurorluq orqanlarının fəaliyyətinin və strukturunun təkmilləşdirilməsi istiqamətində aparılmış hərtərəfli və institusional tədbirlər, kadr potensialının gücləndirilməsi, yeni nəsil prokurorların formalaşdırılması və peşəkarlığının artırılması, habelə prokurorluğun maddi-texniki bazasının möhkəmləndirilməsi və işçilərinin sosial müdafiəsinin yaxşılaşdırılması ilə əlaqədar əldə olunmuş uğurlu nəticələr barədə ətraflı məlumat verərək, Azərbaycan Respublikası Baş Prokurorluğunun daxili işlər orqanlarının istintaq, təhqiqat və əməliyyat-axtarış fəaliyyətində qanunların icrasına nəzarət” mövzusunda çıxış edib.

Tədbirdə “Sərxoş vəziyyətdə nəqliyyat vasitələrinin idarə edilməsinə qarşı mübarizə” (Belarus), “Prokuror nəzarətinin təkmilləşdirilməsində informasiya texnologiyalarının istifadəsi” (Qazaxıstan), “Korrupsiyaya qarşı mübarizə və qarşısının alınması məsələlərində prokurorluq orqanlarının əlaqələndirici rolu” (Qırğız Respublikası), “2016-2020-ci illər üçün ekstremizm və terrorizmlə mübarizədə milli strategiyanın həyata keçirilməsi praktikası” (Tacikistan) və sair mövzularda çıxışlar dinlənilib, faydalı fikir mübadiləsi aparılıb.

Yekunda Rusiya Federasiyasının Baş prokuroru Yuri Çayka növbəti bir il müddətinə yenidən şuranın sədri seçilib və təşkilatın 2019-cu ildəki iclasının Qırğız Respublikasının paytaxtı Bişkek şəhərində keçirilməsi qərara alınıb.

Tədbir çərçivəsində nümayəndə heyəti Tacikistanın Baş prokuroru Yusuf Rahmonla ikitərəfli görüş keçirib. Cari il avqustun 10-da Bakı şəhərində imzalanmış “Azərbaycan Respublikasının Baş Prokurorluğu və Tacikistan Respublikasının Baş Prokurorluğu arasında Əməkdaşlıq haqqında Saziş”də göstərilən müddəaların həyata keçirilməsi məqsədilə bu ilin noyabr-dekabr aylarında Tacikistan nümayəndə heyəti təcrübə mübadiləsi məqsədilə Azərbaycana səfərə dəvət olunub. 

Son xəbərlər

Orphus sistemi