Baş Nazirin müavini Misirin naziri və BMT Baş katibinin müşaviri ilə görüşüb

Baş Nazirin müavini Misirin naziri və BMT Baş katibinin müşaviri ilə görüşüb ABŞ-ın Ny-York şəhərində səfərdə olan Azərbaycanın Baş Nazirinin müavini, Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasının sədri Əli Əhmədov Birləşmiş Millətlər Təşkilatının Baş katibinin inkişaf və əlaqələndirmə məsələləri üzrə müşaviri Robert Piper və Misir Ərəb Respublikasının Planlaşdırma, monitorinq və administrativ islahatlar naziri xanım Hala Əlsaidlə görüşüb.
Xarici siyasət
18 İyul , 2019 13:13
Baş Nazirin müavini Misirin naziri və BMT Baş katibinin müşaviri ilə görüşüb

ABŞ-ın Ny-York şəhərində səfərdə olan Azərbaycanın Baş Nazirinin müavini, Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasının sədri Əli Əhmədov Birləşmiş Millətlər Təşkilatının Baş katibinin inkişaf və əlaqələndirmə məsələləri üzrə müşaviri Robert Piper və Misir Ərəb Respublikasının Planlaşdırma, monitorinq və administrativ islahatlar naziri xanım Hala Əlsaidlə görüşüb.

Nazirlər Kabinetinin Mətbuat xidmətindən "Report"a verilən məlumata görə, BMT Baş katibinin müşaviri Robert Piper ilə görüş zamanı Baş nazirin müavini Əli Əhmədov Azərbaycanın BMT-nin müxtəlif ixtisaslaşmış qurumları ilə əməkdaşlığının uğurla davam etdiyini, bu əməkdaşlıq çərçivəsində bir sıra uğurlu layihələrin həyata keçirildiyini, o cümlədən ölkəmizin BMT-nin Dayanıqlı İnkişaf Məqsədləri qlobal təşəbbüsünə qoşulması ilə BMT ilə əməkdaşlıqda yeni səhifə açıldığını vurğulayıb. Azərbaycanın Dayanıqlı İnkişaf Məqsədlərinə nail olunmasında da ön sıralarda olmağı planlaşdırdığını, bu məqsədlə ölkədə bütün fəaliyyət planları, strategiyalar və dövlət proqramlarının DİM-lərə uyğunlaşdırıldığı diqqətə çatdırıb.

Bundan başqa, Ermənistanın işğalçılıq siyasəti nəticəsində Azərbaycan torpaqlarının 20 faizinin işğal olunduğunu və 1 milyondan çox Azərbaycanlının yurd-yuvalarından qaçqın və məcburi köçkün düşdüyünü və bütün bunların ölkədə dayanıqlı inkişaf məqsədlərinə nail olunmasında çətinliklər yaratdığını diqqətə çatdırıb. Bu məqsədlə daim dövlət tərəfindən qaçqın və məcburi köçkünlərin məşğulluğunun təmin edilməsi, onların sosial xidmətlərə çıxışının artırılması və maddi rifah halının yaxşılaşdırılması istiqamətində tədbirlərin görüldüyü vurğulanıb.

Baş katibin müşaviri Robert Piper BMT sistemində aparılan islahatlar və bu dəyişikliklərin ölkələrlə əməkdaşlıqda daha səmərəli nəticələrə nail olunacağını vurğulayıb. Bununla yanaşı, Azərbaycanda aparılan sosial-iqtisadi islahatlar və Azərbaycanın DİM-lərin həyata keçirilməsində göstərdiyi səyləri yüksək qiymətləndirib. Azərbaycanda qısa müddət ərzində DİM-lərə inteqrasiya istiqamətində görülən işləri, habelə regionda və MDB məkanında ilk ölkə olaraq Azərbaycan tərəfindən ikinci dəfə Birləşmiş Millətlər Təşkilatının Yüksək Səviyyəli Siyasi Forumunda ikinci Könüllü Milli Hesabatın təqdim olunduğunuvurğulayaraq, bütün bu sadalananların ölkəmizin DİM-lərə nail olunmasındasərgilədiyi müsbət yanaşmanın nümunəsi olduğunu diqqətə çatdırıb.

Eyni zamanda, cənab Piper DİM-lərə nail olunmasında bütün maraqlı tərəflərin prosesə cəlb olunmasının vacibliyini qeyd edərək, xüsusilə bu istiqamətdə dövlət-özəl sektor tərəfdaşlığının əhəmiyyətini vurğulayıb. Bu məqsədlə BMT, Dünya Bankı və Beynəlxalq Valyuta Fondu ilə birlikdə regionda DİM-lərin həyata keçirilməsi üzrə ən uğurlu ölkə olduğunu nəzərə alaraq Azərbaycanda bu istiqamətdə pilot layihələrin həyata keçirilməsinin mümkünlüyünü diqqətə çatdırıb. Bununla yanaşı, cənab Piper Dağlıq Qarabağ probleminin sülh yolu ilə həll edilməsi üçün BMT-nin hər zaman Azərbaycana dəstək verməyə hazır olduğunu diqqətə çatdırıb. Eyni zamanda, məcburi köçkünlərin əmək bazarına inteqrasiya edilməsi və məşğulluqlarının artırılması istiqamətində Azərbaycan höküməti ilə birgə layihələrin həyata keçirilməsinin mümkünlüyünü qeyd edib.

Misir Ərəb Respublikasının Planlaşdırma, monitorinq və administrativ islahatlar naziri xanım Hala Əlsaidlə görüş zamanı Baş nazirin müavini Əli Əhmədov Azərbaycanın Misir Ərəb Respublikası ilə daim dostluq münasibətlərinin olduğunu və bir sıra istiqamətlərdə əməkdaşlıq etdiklərini diqqətə çatdırıb. Bu əməkdaşlığın gələcəkdə DİM-lər, əhali artımı və demoqrafikplanlaşdırma üzrə daha da genişləndirilməsinin mümkünlüyünü vurğulayıb.

Xanım Hala Əlsaid Azərbaycanı DİM-lərin həyata keçirilməsi üzrə müsbət təcrübə əldə etdiyi və artıq 2 milli hesabat təqdim etdiyi üçün təbrik edərək bu istiqamətdə Misir Ərəb Respublikası ilə əməkdaşlığın genişləndirilməsini təklif edib. O, eyni zamanda, Azərbaycanda əhaliyə göstərilən dövlət və sosial xidmətlərin səmərəli tətbiq edilməsi üçün yaradılan “ASAN” və “DOST” Mərkəzlərinin fəaliyyəti ilə tanış olmaq və bu təcrübənin Misir Ərəb Respublikasında tətbiq edilməsi üçün əməkdaşlığın qurulması məqsədi ilə ölkəmizə səfər etmək niyyətinin olduğunu bildirib və bu səfər Baş Nazirin müavini tərəfindən müsbət qarşılanaraq xanım nazir Bakıya dəvət edilib.   

Son xəbərlər

Orphus sistemi