Bakı. 19 sentyabr. REPORT.AZ / "Sovet dövründə beynəlxalq maliyyə çıxışlarına heç bir imkanımız olmayıb. Çünki həmin zaman ölkə qapalı idi. Orada çıxış imkanları ancaq müəyyən kontingent üçün idi. Beynəlxalq maliyyə institutlarının təcrübəsini Dünya Bankından öyrənmişəm".
"Report" xəbər verir ki, bunu Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri, baş nazirin müavini
O bildirib ki, Komitə 18 ildir Dünya Bankı ilə əməkdaşlıq edir: "Onlarla əməkdaşlıq maraqlıdır. 18 il ərzində Dünya Bankının xətti ilə 170 milyon dollara qədər kredit layihələri məcburi köçkünlər üçün icra olunub. Dünya Bankının şəffaflığından, mövcud sistem və mexanizmdən istifadə etmək lazımdır, çünki orada zəif kadr görməmişəm. Dünya Bankının Bakı ofisində milli kadrlar yetişib və beynəlxalq aləmə çıxış ediblər. Bundan sonra da əməkdaşlığımız uğurlu, dayanıqlı və davamlı olacaq".