Baş nazirin müavini: “Azərbaycanla Türkiyə arasında sarsılmaz dostluq, qardaşlıq münasibətləri strateji xarakter daşıyır”

Baş nazirin müavini: “Azərbaycanla Türkiyə arasında sarsılmaz dostluq, qardaşlıq münasibətləri strateji xarakter daşıyır” Əli Əhmədov Türkiyənin ölkəmizdəki səfiri İsmayıl Alper Coşqunla görüşüb
Xarici siyasət
8 Avqust , 2016 17:15
Baş nazirin müavini: “Azərbaycanla Türkiyə arasında sarsılmaz dostluq, qardaşlıq münasibətləri strateji xarakter daşıyır”

Bakı. 8 avqust. REPORT.AZ/ “Azərbaycanla Türkiyə arasında sarsılmaz dostluq, qardaşlıq münasibətləri strateji xarakter daşıyır”.

“Report”un məlumatına görə, bunu Azərbaycan baş nazirinin müavini Əli Əhmədov Türkiyənin ölkəmizdəki səfiri İsmayıl Alper Coşqunla görüşündə deyib.

Türkiyənin müasir tarixində ən böhranlı günlərdən biri olan 15 iyul dövlət çevrilişinə cəhdin qarşısı xalq tərəfindən alındıqdan sonra ölkənin taleyində mühüm dönüş nöqtəsi baş verdiyini xatırladan səfir çətin məqamlarda dost Azərbaycanın hər zamankı kimi yenə də Türkiyənin yanında olmasını məmnunluqla vurğulayıb. 

Bütün dünyaya nümunə göstərilə biləcək bu həmrəyliyə, ədalətli mövqeyə və həlledici məqamda mühüm dəstəyə görə səfir bütün Türk xalqı adından Azərbaycan xalqına qardaşlıq salamlarını və dərin minnətdarlıq duyğularını çatdırıb.

Baş nazirin müavini Əli Əhmədov ölkələr arasında sarsılmaz dostluq, qardaşlıq münasibətlərinin strateji xarakter kəsb etdiyini deyərək bu əlaqələrin ümumi milli mənəvi kökləri və dərin tarixi bağlarının olduğunu xatırladıb. 

Xalqlarımızın mənafeyinə uyğun olaraq qarşılıqlı faydalı münasibətlərin gələcəkdə daha da inkişaf edəcəyinə əminliyini bildirən Əli Əhmədov böyük potensiala malik xalqlarımızın və dövlətlərimizin, eyni zamanda, güclü iradəyə və xoş mərama malik olduğunu xüsusi qeyd edib.

Görüş zamanı qarşılıqlı maraq doğan bir sıra digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Son xəbərlər

Orphus sistemi