​Baş nazirin birinci müavini Tacikistanda səfərdədir

​Baş nazirin birinci müavini Tacikistanda səfərdədir Yaqub Eyyubov BMT hökumət başçıları Şurasının növbəti iclasında iştirak edəcək
Xarici siyasət
29 Oktyabr , 2015 22:10
​Baş nazirin birinci müavini Tacikistanda səfərdədir

Bakı. 29 oktyabr. REPORT.AZ/ Azərbaycan baş nazirinin birinci müavini Yaqub Eyyubov bu gün axşam Tacikistana səfər edib.

"Report" "CA-NEWS"a istinadən xəbər verir ki, Yaqub Eyyubov oktyabrın 30-da paytaxt Düşənbədə keçiriləcək MDB hökumət başçıları Şurasının növbəti iclasının işində iştirak edəcək.

Belarus, Qazaxıstan, Qırğızıstan, Özbəkistan və Ermənistanın nümayəndə heyətləri artıq Düşənbədədirlər.

MDB hökumət başçıları Şurasının iclasında 40 layihə sənədinə baxılması nəzərdə tutulur.

Gündəlikdə olan hər dörd sənəddən biri iqtisadi sahədə əməkdaşlığın genişləndirilməsi və dərinləşdirilməsinə yönəlib.

İclasda Müstəqil Dövlətlər Birliyinin 25 illiyinə həsr olunmuş Tədbirlər planının təsdiqi planlaşdırılır. Həmçinin MDB çərçivəsində əvvəllər qəbul olunmuş bir sıra beynəlxalq müqavilələrə onların aktuallaşdırılması məqsədi ilə dəyişikliklər ediləcək.

Son xəbərlər

Orphus sistemi