​Baş nazirin birinci müavini Belarusun Şərəf ordeninə layiq görülüb

​Baş nazirin birinci müavini Belarusun Şərəf ordeninə layiq görülüb Yaqub Eyyubov bu mükafata ölkələr arasındakı münasibətlərə verdiyi töhfələrə görə layiq görülüb
Xarici siyasət
28 Noyabr , 2015 19:04
​Baş nazirin birinci müavini Belarusun Şərəf ordeninə layiq görülüb

Bakı. 28 noyabr. REPORT.AZ/ Belarus prezidenti Aleksandr Lukaşenko Azərbaycan baş nazirinin birinci müavini Yaqub Eyyubov və "Gəncə Avtomobil Zavodu" İstehsalat Birliyinin Müşahidə Şurasının sədri Xanlar Fətiyevə Şərəf ordeni təqdim edib.

"Report" "BelTA"ya istinadən xəbər verir ki, onlar yüksək mükafata iki ölkə arasında ticari-iqtisadi münasibətlərin möhkəmləndirilməsi və inkişafına verdikləri əhəmiyyətli töhfələrə görə layiq görülüblər.

Qeyd edək ki, təltifetmə mərasimi Azərbaycan prezidenti İlham Əliyevin Belarusa rəsmi səfəri çərçivəsində baş tutub.

Son xəbərlər

Orphus sistemi