Baş nazir: “Ukrayna və Gürcüstanın GUAM-ın gələcək fəaliyyəti ilə bağlı oxşar mövqeləri var”

Baş nazir: “Ukrayna və Gürcüstanın GUAM-ın gələcək fəaliyyəti ilə bağlı oxşar mövqeləri var” “Ukrayna Gürcüstanla yaşıl energetika və enerji effektivliyi sahələrində əməkdaşlıq etmək niyyətindədir”
Xarici siyasət
3 iyun 2021 08:53
Baş nazir: “Ukrayna və Gürcüstanın GUAM-ın gələcək fəaliyyəti ilə bağlı oxşar mövqeləri var”
Denis Şmiqal və İrakli Qaribaşvili

“Ukrayna Gürcüstanla yaşıl energetika və enerji effektivliyi sahələrində əməkdaşlıq etmək niyyətindədir”.

“Report”un yerli bürosu xəbər verir ki, bunu Ukraynanın Baş naziri Denis Şmiqal Gürcüstanın baş naziri İrakli Qaribaşvili ilə Tbilisidə keçirdiyi birgə brifinqdə deyib.

Onun sözlərinə görə, bununla bağlı hər iki ölkənin müvafiq agentlikləri arasında anlaşma memorandumu imzalanacaq: “Bu sənəd bərpa olunan enerji bazarlarının inkişafına yönələn birgə yanaşmaların işlənib hazırlanması üçün əsas olacaq”.

D.Şmiqal qeyd edib ki, Ukrayna Gürcüstanla Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı və GUAM çərçivəsində bütün önəmli sahələrdə əməkdaşlığı nəzərdən keçirməyə hazırdır: “Bu təşkilatların gələcək fəaliyyətləri ilə bağlı bizim oxşar mövqelərimiz və yanaşmalarımız var”.

Son xəbərlər

Orphus sistemi