Baş nazir: "Moldova Azərbaycanla əməkdaşlığın inkişafında maraqlıdır"

Baş nazir: "Moldova Azərbaycanla əməkdaşlığın inkişafında maraqlıdır" Azərbaycanın Moldovadaki səfiri bu ölkənin baş naziri ilə görüşüb
Xarici siyasət
5 Mart , 2015 20:52
Baş nazir: Moldova Azərbaycanla əməkdaşlığın inkişafında maraqlıdır

Bakı. 5 mart. REPORT.AZ/ Azərbaycanın Moldovadaki fövqəladə və səlahiyyətli səfiri Namiq Əliyev bu ölkənin baş naziri Kirill Qaburiçlə görüşüb.

Səfirliyin mətbuat xidmətindən "Report"a verilən məlumata görə, görüş zamanı Moldova-Azərbaycan münasibətlərinin yüksək səviyyədə olduğunu qeyd edən K.Qaburiç bildirib ki, rəsmi Kişinyov Bakı ilə əməkdaşlığın daha da genişləndirilməsində maraqlıdır.

İkitərəfli əlaqələrin strateji müstəvidə olduğunu və qarşılıqlı etimada əsaslandığını deyən Moldovanın hökumət başçısı iqtisadi, siyasi və humanitar sahədəki əməkdaşlığın möhkəmləndirilməsinin vacibliyini vurğulayıb.

Səfir Namiq Əliyev isə öz növbəsində Kirill Qaburiçi baş nazir postuna seçilməsi münasibətilə təbrik edib.

K.Qaburiç və N.Əliyev qeyd ediblər ki, əlaqələrin genişləndirilməsi ikitərəfli iqtisadi mübadilənin artmasına gətirib çıxaracaqdır.

Hökumətlərarası komissiyanın ilk iclası Bakıda keçiriləcək. Bununla əlaqədar olaraq tərəflər bildiriblər ki, iki dövlətin paytaxtlarını birləşdirən birbaşa aviareyslər təşkil edilməlidir.

Azərbaycanlı diplomat Moldovanın baş nazirini Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi haqqında da ətraflı məlumatlandırıb.

Son xəbərlər

Orphus sistemi