Baş Konsulluq: "Qorqud Dadaşzadənin meyiti Azərbaycana yola salınacaq"

Baş Konsulluq: "Qorqud Dadaşzadənin meyiti Azərbaycana yola salınacaq" Uşağın meyiti valideyinlərinə verilib
Xarici siyasət
111
24 Yanvar , 2016 13:27
Baş Konsulluq: Qorqud Dadaşzadənin meyiti Azərbaycana yola salınacaq

Bakı. 24 yanvar. REPORT.AZ/ "Baş Konsulluğun Təbriz Tibb Universiteti və digər orqanlarla apardığı danışıqlar ve xahişi əsasında xəstəxana xərclərində güzəştlər və endirimlər olunub".

Bu barədə "Report"a Azərbaycanın Təbrizdəki Baş Konsulluğundan bildirib.

Uşağın meyiti valideyinlərinə verilib, hal-hazırda müvafiq sənədləşmə prosedurlarının yekunlaşdırılması, körpənin cənazəsinin Azərbaycana yola salınması istiqamətində işlər aparılır.

Yaxın zamanda cənazə Azərbaycana yola salınacaqdır.

Son xəbərlər

Orphus sistemi