Baş konsul: “Heydər Əliyevin Azərbaycana rəhbərlik illəri milli intibah dövrüdür”

Baş konsul: “Heydər Əliyevin Azərbaycana rəhbərlik illəri milli intibah dövrüdür” “Heydər Əliyev Azərbaycan səlnaməsində təkrarolunmaz rəhbər, qüdrətli dövlət başçısı, fədakar insan kimi qalıb".
Xarici siyasət
1846
12 Dekabr , 2020 16:53
Baş konsul: “Heydər Əliyevin Azərbaycana rəhbərlik illəri milli intibah dövrüdür”
Heydər Əliyev

“Heydər Əliyev Azərbaycan səlnaməsində təkrarolunmaz rəhbər, qüdrətli dövlət başçısı, fədakar insan kimi qalıb. Çünki o, Azərbaycanı dünyaya tanıdıb, dünyanı Azərbaycana gətirib”.

“Report”un yerli bürosu xəbər verir ki, bunu Azərbaycanın Batumi şəhərindəki Baş konsulu Pərviz İsmayılzadə Gürcüstandakı səfirliyimizin təşəbbüsü ilə keçirilən Heydər Əliyevin anım gününə həsr olunan videokonfransda çıxışında deyib.

O, ümummilli liderin tərcümeyi-halını Azərbaycanın tarixi adlandırıb: “Onun hakimiyyətdə olduğu illərdə Azərbaycana bəxş etdiklərini tarix boyunca heç bir hakimiyyət sahibi etməyib. O, Azərbaycanı qorumaq üçün yaşayıb, Azərbaycanı yaşatmaq üçün qurub. Heydər Əliyevin parlaq dühası onu Azərbaycan xalqının ümummilli liderinə, üstəlik dünya siyasətinin nəhənglərindən birinə çevirib. Azərbaycan xalqı bu böyük övladı ilə haqlı olaraq fəxr edir”.

Diplomatın sözlərinə görə, ulu öndər həm sovet dönəmində, həm də müstəqillik illərində böyük zəkası, müdrikliyi və uzaqgörənliyi ilə Azərbaycanı dünya səviyyəsində layiqli yerə çıxarıb: “Ulu öndər güclü dövlət, səmərəli iqtisadiyyat və azad insan konsepsiyası ilə müstəqil Azərbaycan tarixində qızıl səhifələr yazdı. Onun quruculuq səlnaməsi azərbaycanlıların həyatına birdəfəlik daxil oldu. Heydər Əliyevin Azərbaycana rəhbərlik illəri milli intibah dövrü kimi əbədiləşib”.

Son xəbərlər

Orphus sistemi