Baş katibin müavini: “Azərbaycan ECO-nun üzv olan aktiv dövlətlərdən biridir”

Baş katibin müavini: “Azərbaycan ECO-nun üzv olan aktiv dövlətlərdən biridir” Ələvi Səbzivari: “Təşkilat yarandığı dövrdən bu günə qədər ən böyük regional qurum hesab olunur”
Xarici siyasət
6 İyun , 2017 10:53
Baş katibin müavini: “Azərbaycan ECO-nun üzv olan aktiv dövlətlərdən biridir”
Report.az

Bakı. 6 iyun. REPORT.AZ/ “Azərbaycan 1990-cı ildən bu yana İqtisadi Əməkdaşlıq Təşkilatına (ECO) üzv olan aktiv dövlətlərdən biridir”.

“Report” xəbər verir ki, bunu ECO-nun baş katibinin müavini Ələvi Səbzivari Bakıda keçirilən İqtisadi Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin Korrupsiyaya qarşı mübarizə təşkilatları rəhbərlərinin və Ombudsmanlarının 3-cü iclasında deyib.

O bildirib ki, İƏT qədim tarixə malik olan təşkilatdır: “Təşkilat yarandığı dövrdən bu günə qədər ən böyük regional qurum hesab olunur. Ölkələr arasında əməkdaşlıq istiqamətində əsas olan siyasi məram və niyyətin mövcud olmasıdır. Bu da dünyaya bir daha mesaj çatdırır ki, İƏT aktiv çalışır. Bu gün bir daha şahidi oluruq ki, üzv ölkələrdəki özəl sektorlar, vətəndaş cəmiyyətləri, eləcə də QHT-lər ölkələrində iqtisadiyyat sahəsində nailiyyətə nail olmaq üçün əlindən gələni edir”.

Son xəbərlər

Orphus sistemi