Yuxarı

Baş katib: "Türk Şurası prezidentlərinin 6-cı sammitinə hazırlıq üzərində işləyir"

Şura bir çox təşkilatlarla əməkdaşlığı inkişaf etdirməyə davam edir

Bakı. 23 avqust. REPORT.AZ/ "Türk Şurası təşkilata üzv dövlətlərin prezidentlərinin 6-cı sammitinə hazırlıq üzərində işləyir".

"Report" xəbər verir ki, bunu Türk Şurasının fəaliyyətinə həsr olunmuş brifinqdə Bakıda səfərdə olan təşkilatın baş katibi Ramil Həsənov deyib.

R.Həsənov Qırğızıstan paytaxtı Bişkekdə keçiriləcək sammitin əsas mövzularının gənclər və idman məsələləri, eləcə də terrorla mübarizə kimi mühüm məsələ olacağını bildirib. Onun sözlərinə görə, eyni zamanda üzv dövlətlərin beynəlxalq arenada qarşılıqlı əlaqələri müzakirə olunacaq.

Onun sözlərinə görə, belə əməkdaşlıq ümumi məsələlərdə, xüsusilə də ermənilərin iddialarına qarşı mövqeləri qorumaq üçün vacibdir: "Məsələn, lavaşlarla bağlı məsələ. Ölkələr ayrı-ayrı müraciət edəndə onlara baxılmaya bilər. Amma müraciəti birgə eləsək, bu, daha böyük nəticə verər".

Baş katib, həmçinin Türk Şurasının BMT-də müşahidəçi statusu almaq üçün rəsmi sorğu verdiyini qeyd edib. O, bu statusu əldə edəcəklərinə ümidvar olduğunu bildirib.

Baş katib Şuranın bir çox təşkilatlarla, o cümlədən təşkilatla əməkdaşlıqda maraqlı olan Macarıstan kimi ölkələrlə əməkdaşlığı inkişaf etdirməyə davam etdiyini bildirib: "Türkmənistan Türk Şurasının üzvü olmasa da, bir sıra görüşlər və tədbirlərdə iştirak edir. Eyni zamanda Özbəkistan təhlükəsizlik məsələlərinin müzakirəsində iştirak edir".

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi