Baş katib: "İƏT ilə Azərbaycan arasında dərin əlaqələr mövcuddur"

Baş katib: "İƏT ilə Azərbaycan arasında dərin əlaqələr mövcuddur" İƏT ticarət, turizm və mədəniyyətin inkişafı sahəsində Azərbaycanla sıx əməkdaşlıq etmək niyyətindədir
Xarici siyasət
2009
14 Mart , 2018 10:55
Baş katib: İƏT ilə Azərbaycan arasında dərin əlaqələr mövcuddur
OIC

Bakı. 14 mart. REPORT.AZ/ "Azərbaycanın rəhbərliyi İslam Əməkdaşlıq Təşkilatının (İƏT) gündəliyinin təşviqində fəal rol oynayır."

"Report" xəbər veriri ki, bunu qurumun Baş katibi Yusif bin Əhməd əl-Üseymin Azərbaycanın İƏT-dəki səfiri Şahin Abdullayevlə görüşdə bəyan edib.

Baş katibin sözlərinə görə, İƏT ilə Azərbaycan arasında dərin əlaqələr mövcuddur. O, həmçinin İƏT-in ticarət, turizm, mədəniyyət, idman və gənclərlə işin inkişafı sahəsində Azərbaycanla sıx əməkdaşlıq etmək niyyətində olduğunu bildirib.

Səfir Ş.Abdullayev Azərbaycanın İƏT ilə əlaqələrin daha da inkişaf etdirilməsinə və təşkilatla siyasət, iqtisadiyyat və mədəniyyət sahələrində əlaqələrin möhkəmləndirilməsi yollarının öyrənilməsinə sadiq olduğunu təsdiqləyib.

Son xəbərlər

Orphus sistemi