Baş Assambleyanın prezidenti: "BMT-nin dünyada sülhə yeni yanaşmasının olması vacibdir"

Baş Assambleyanın prezidenti: "BMT-nin dünyada sülhə yeni yanaşmasının olması vacibdir" Bakı. 20 aprel. REPORT.AZ/ BMT Baş Assambleyasının prezidenti Miroslav Layçak 24-25 aprel tarixlərində, BMT-nin Nyu-Yorkdakı baş qərargahında “Sülhyaratma və sülhün dayanıqlılığı” mövzusunda keçiriləcək Yüksək Səviyyəli Toplantısına dair “Sülhə yeni yanaşma” adlı müəllif yazısı qələmə alıb.
Xarici siyasət
20 Aprel , 2018 11:58
Baş Assambleyanın prezidenti: BMT-nin dünyada sülhə yeni yanaşmasının olması vacibdir
BMT rəsmisi Miroslav Layçak / Report/ Firi Salim

Bakı. 20 aprel. REPORT.AZ/ BMT Baş Assambleyasının prezidenti Miroslav Layçak 24-25 aprel tarixlərində, BMT-nin Nyu-Yorkdakı baş qərargahında “Sülhyaratma və sülhün dayanıqlılığı” mövzusunda keçiriləcək Yüksək Səviyyəli Toplantısına dair “Sülhə yeni yanaşma” adlı müəllif yazısı qələmə alıb.

"Report" xəbər verir ki, o, müəllif yazısında keçiriləcək tədbirin mahiyyətini və məqsədlərini vurğulayıb.

M.Layçak qeyd edib ki, BMT yaradılanda onun təsisçiləri başqa bir dünya təsəvvür edirdilər: "Elə bir dünya ki, orada mübahisələr döyüş meydanlarında deyil, görüş otaqlarında həll olunmalı idi. Lakin bu gün dünyanın bir çox yerlərində zorakı münaqişələrin sayı artmaqdadır. Onların müddəti, mürəkkəbliyi və səbəb olduğu tələfatlar da getdikcə artır. Mülki şəxslər daha atəş arasında qalaraq həyatlarını itirmir – onlar indi özləri birbaşa hücum hədəfinə çevriliblər. Biz həm də misli görünməmiş sayda insanın qorxu və ümidsizlik içində öz yuvalarını tərk etdiyini görürük".

M.Layçakın sözlərinə görə, məhz bu səbəbdən BMT-nin sülhə yeni yanaşması olmalıdır: "Mən sülh deyəndə, növbəti seçki dövründə yoxa çıxacaq sülhdən deyil, varlığından arxayın olduğumuz sülhdən danışıram. Aylarla, illərlə deyil, nəsillərlə davam edəcək sülhdən danışıram".

Baş Assambleyanın prezidenti vurğulayıb ki, “Dayanıqlı sülh” deyəndə məhz bu nəzərdə tutur: "Münaqişələr başlayandan sonra tələm-tələsik həll yolu axtarmaqdansa, məhz ona nail olmağa çalışmaq lazımdır".

Son xəbərlər

Orphus sistemi