Baronessa Nikolson: "Azərbaycan və Böyük Britaniya arasında əlaqələrin möhkəmlənməsində maraqlıyıq"

Baronessa Nikolson: "Azərbaycan və Böyük Britaniya arasında əlaqələrin möhkəmlənməsində maraqlıyıq" Azərbaycan Prezidenti İlham Əliyevlə görüş çox səmərəli və müsbət keçdi.
Xarici siyasət
31 Oktyabr , 2019 11:37
Baronessa Nikolson: Azərbaycan və Böyük Britaniya arasında əlaqələrin möhkəmlənməsində maraqlıyıq
Report / Elchin Murad

"Azərbaycan Prezidenti İlham Əliyevlə görüş çox səmərəli və müsbət keçdi".

"Report" xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Böyük Britaniya Baş nazirinin Azərbaycan üzrə ticarət elçisi baronessa Emma Nikolson deyib.

Azərbaycan Prezidentinin dəfələrlə Londona səfər etdiyini xatırladan E.Nikolson dövlət başçısının yenidən Londona gedəcəyinə və onunla növbəti dəfə görüş keçirəcəyinə ümid etdiyini bildirib. 

"Onu yenidən qəbul etmək bizim üçün böyük şərəf olardı. Əlbətdə, bu səfərlər Azərbaycanla Böyük Britaniya arasındakı əlaqələri daha da möhkəmləndirir və yaxınlaşdırır. Bu da bizim əsas məqsədimizdir", - ticarət elçisi deyib.

Son xəbərlər

Orphus sistemi