Barak Obama Ramazan bayramı münasibətilə Azərbaycan Prezidentini təbrik edib

Barak Obama Ramazan bayramı münasibətilə Azərbaycan Prezidentini təbrik edib "Qoy, qarşıdan gələn il Sizə sevinc, inkişaf və firavanlıq gətirsin"
Xarici siyasət
11 İyul , 2015 16:08
Barak Obama Ramazan bayramı münasibətilə Azərbaycan Prezidentini təbrik edib

11 iyul. REPORT.AZ/ Amerika Birləşmiş Ştatlarının Prezidenti Barak Obama Ramazan bayramı münasibətilə Azərbaycan Prezidenti İlham Əliyevi təbrik edib.

"Report" xəbər verir ki, B.Obama Azərbaycan Prezidentinə təbrik məktubu göndərib.

Məktubda deyilir: "Ramazan bayramını qeyd etdiyiniz bir vaxtda Mişel ilə mənim Sizə və xalqınıza yetirdiyimiz ən xoş arzulara Amerika xalqı da qoşulur.

Ramazan ayı ərzində bütün dünya müsəlmanları, o cümlədən bizim güclü və fəal Amerika müsəlman icması mənəvi yenilənmə və ibadətlə Allaha daha yaxın olmağa can atmışlar. Ramazan ayı əzizlərlə bir yerdə olmaq, ehtiyacı olanlara yardım əli uzatmaq, habelə imanla gələn kamillik və əmin-amanlıq barədə düşünmək imkanı olmuşdur. Bu, həmçinin oruc və duaların bölüşdüyümüz dəyərləri və insanlığımızı bizə xatırlatdığı bir ay olmuşdur.

Qoy, qarşıdan gələn il Sizə sevinc, inkişaf və firavanlıq gətirsin.

Ramazan bayramınız mübarək!"

Son xəbərlər

Orphus sistemi