Yuxarı
    Bağlamaq

    MM sədrinin I müavini: “Bakıya “Qəhrəman şəhər” statusunun verilməsi Rusiyadan asılıdır”

    Spiker Oqtay Əsədov Narışkinin qarşısında bu məsələni qaldırmışdı

    Bakı. 24 fevral. REPORT.AZ/ Milli Məclisin (MM) bu gün keçirilən plenar iclasında deputat Yevda Abramov Böyük Vətən Müharibəsində göstəricilən şücaətə görə Bakıya “Qəhrəman şəhər” statusunun verilməsini təklif edib. “Report” xəbər verir ki, MM sədrinin I müavini Ziyafət Əsgərov deputatın bu təklifini yüksək qiymətləndirib.

    Z.Əsgərov deyib ki, əslində, Böyük Vətən Müharibəsinin qalibiyyətlə başa çatmasında Bakı neftçilərinin rolu böyük olub: “Təəssüf ki, Mixail Qorbaçov kimi şəxsiyyətsiz, ləyaqətsiz, alçaq insanlar Bakıya bu adı verməkdənsə, bizə Dağlıq Qarabağ, qanlı 20 Yanvar, Xocalı soyqırımı kimi böyük problemlər qoyub getdi. Bir faktı da qeyd edim ki, uzun müddət əvvəl spiker Oqtay Əsədov Narışkinin qarşısında bu məsələni qaldırmışdı. Hər halda bu məsələnin həlli Rusiyadan asılıdır. Yəni, bu məsələ kifayət qədər müzakirəyə çıxarılıb”.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi