Yuxarı

Bakıda Xəzər dənizinin ətraf mühitinin müdafiəsinə dair konfrans keçiriləcək

Elmar Məmmədyarov: “Azərbaycan tərəfi Katibliyin Bakı şəhərində yerləşməsi ilə bağlı saziş layihəsini Xəzəryanı ölkələrə təqdim edib”

Bakı. 13 iyul. REPORT.AZ/ Bakıda Xəzər dənizinin ətraf mühitinin müdafiəsinə dair Çərçivə Konvensiyasının 6-cı Tərəflər Konfransı keçiriləcək.

“Report”un məlumata görə, bunu Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Xəzəryanı dövlətlərin xarici işlər nazirlərinin Astanada keçirilən görüşündə deyib.

Nazirin sözlərinə görə, əsas məqsədlərdən biri Çərçivə Konvensiyasının daimi Katibliyinin açılması olacaq.

O qeyd edib ki, Azərbaycan tərəfi Katibliyin Bakı şəhərində yerləşməsi ilə bağlı saziş layihəsini hazırlayıb və həmin layihəni bütün Xəzəryanı ölkələrə baxılması üçün təqdim edib: "Biz Xəzərin ətraf mühitinin bugünkü vəziyyəti ilə bağlı Xəzəryanı dövlətlərin ümumi narahatlıqlarını bölüşürük və Xəzər dənizinin ekoloji problemlərinin həlli üçün əməkdaşlığın genişləndirilməsində maraqlıyıq".

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi