Bakıda Xəzərə dair beynəlxalq forum keçiriləcək

Bakıda Xəzərə dair beynəlxalq forum keçiriləcək Bakıda Xəzər dənizi ehtiyatlarının istifadəsinə dair beynəlxalq forum keçiriləcək.
Xarici siyasət
23 May , 2019 14:14
Bakıda Xəzərə dair beynəlxalq forum keçiriləcək

Bakıda Xəzər dənizi ehtiyatlarının istifadəsinə dair beynəlxalq forum keçiriləcək.

Bu barədə “Report”a Rusiya Elmlər Akademiyası prezidentinin müavini, Rusiya hökuməti nəzdində Qanunvericilik və Müqayisəli Hüquq İnstitutunun direktoru akademik Taliyyə Xəbriyeva bildirib.

“Azərbaycan Prezidentinin bu məsələdə müsbət rəyini almışıq. Fikrimizcə, forumu keçirmək üçün bütün mənalarda ən əlverişli yer Bakıdır. Çünki Bakı Xəzər sahilində yeganə paytaxt şəhərdir, üstəlik təmkinli, tarazlı siyasət yeridən bir ölkə olan Azərbaycanın paytaxtıdır”, – o deyib.

Rusiyalı alim forumun gələn ilin may ayında, yaxud payız aylarında keçirilməsinin nəzərdə tutulduğunu diqqətə çatdırıb.

“Habelə bu forumun davamı olaraq gələcəkdə Bakıda Xəzər sahili ölkələrin qarşılıqlı əlaqələrinə əsaslanan beynəlxalq araşdırmalar mərkəzi açmaq fikrimiz var” – T.Xəbriyeva diqqətə çatdırıb.

İnstitut direktoru Azərbaycan və Rusiya Elmlər akademiyaları arasında fəlsəfə, hüquq, ekologiya sahəsində irimiqyaslı elmi layihə həyata keçirmək barədə razılaşma əldə edildiyini bildirib.

Son xəbərlər

Orphus sistemi