Bakıda "Xəzər regionunun geosiyasi xülasəsi: Azərbaycanın yeni rolu" adlı konfrans işə başlayıb

Bakıda "Xəzər regionunun geosiyasi xülasəsi: Azərbaycanın yeni rolu" adlı konfrans işə başlayıb Qaya Məmmədov: "Azərbaycan öz təbii ehtiyatlarını ölkə əhalisi, region və ümumilikdə dunyanın rifahı üçün istifadə edə bilib"
Xarici siyasət
27 Aprel , 2015 11:37
Bakıda Xəzər regionunun geosiyasi xülasəsi: Azərbaycanın yeni rolu adlı konfrans işə başlayıb

Bakı. 27 aprel. REPORT.AZ/ Bu gün Bakıda "Xəzər regionunun geosiyasi xülasəsi: Azərbaycanın yeni rolu" adlı konfrans işinə başlayıb. "Report" xəbər verir ki, tədbir NATO-nun Azərbaycandakı Beynəlxalq məktəbi (NISA) tərəfindən təşkil olunub. 

Tədbiri giriş sözü ilə açan XİN Beynəlxalq Təhlükəsizlik İdarəsinin rəisi Qaya Məmmədov Xəzər regionunun təhlükəsizliyinin vacibliyini qeyd edib. 

"Xəzər dənizi təbii ehtiyatlarla, xüsusilə də neft və qazla zəngindir. Azərbaycan öz təbii sərvətlərindən ölkə əhalisi, region və ümumilikdə dünyanın rifahı üçün istifadə edə bilib", - Qaya Məmmədov qeyd edib. 

O, regionda həyata keçirilən layihələr haqqında xatırladıb, konfrans iştirakçılarına regiondakı geosiyasi vəziyyət haqqında məlumat verib. 

Konfrans zamanı Xəzər regionunda geosiyasi, hərbi-siyasi, iqtisadi, enerji aspektlər, həmçinin Xəzər dənizinin hüquqi statusu, regionun təhlükəsizliyi və Azərbaycanın rolu ilə bağlı məsələlər müzakirə olunacaq. Konfransda Almaniya, Bolqarıstan, Gürcüstan, Kanada, İtaliya, Litva, Macarıstan, Qazaxıstan, Pakistan, Polşa, Rusiya, Slovakiya, Türkiyə, Ukrayna  və digər ölkələrdən 40 tələbə və gənc alim iştirak edir. 

Konfrans öz işini mayın 1-də başa catdıracaq. 

Son xəbərlər

Orphus sistemi