Bakıda Xəzər məsələləri üzrə Yüksək Səviyyəli İşçi qrupun ilk iclası başlayıb

Bakıda Xəzər məsələləri üzrə Yüksək Səviyyəli İşçi qrupun ilk iclası başlayıb Bakı. 19 fevral. REPORT.AZ/ Bakıda Xəzər dənizi məsələləri üzrə Yüksək Səviyyəli İşçi qrupun ilk iclası başlayıb.
Xarici siyasət
19 Fevral , 2019 10:00
Bakıda Xəzər məsələləri üzrə Yüksək Səviyyəli İşçi qrupun ilk iclası başlayıb
Report/ Firi Salim
0 : 00
0 : 00

Bakı. 19 fevral. REPORT.AZ/ Bakıda Xəzər dənizi məsələləri üzrə Yüksək Səviyyəli İşçi qrupun ilk iclası başlayıb.

"Report"un məlumatına görə, toplantıda Nazirlər Kabineti Aparatının rəhbəri, Xəzər dənizi məsələləri üzrə Yüksək Səviyyəli İşçi qrupda Azərbaycanın səlahiyyətli nümayəndəsi Xələf Xələfov, İran, Qazaxıstan, Rusiya və Türkmənistan təmsilçiləri iştirak edirlər. 

İclasda Konvensiyadan irəli gələn bir sıra məsələlər, eləcə də Aktau şəhərində baş tutmuş Xəzəryanı Dövlətlərin Dövlət Başçılarının beşinci zirvə toplantısının nəticələrinə dair müzakirələr aparılır. 

Qeyd edək ki, 2018-ci ilin avqustun 12-də Qazaxıstanın Aktau şəhərində “Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiya” imzalanıb və beşinci Xəzər zirvə toplantısının Kommünikesi qəbul edilib. Bu sənədlərə əsasən, Konvensiyanın səmərəli yerinə yetirilməsi və Xəzər dənizində əməkdaşlığın nəzərdən keçirilməsi məqsədi ilə Xəzəryanı dövlətlərin səlahiyyətli nümayəndələrindən ibarət müntəzəm beştərəfli məsləhətləşmələr mexanizmi – Xəzər dənizi məsələləri üzrə Yüksək Səviyyəli İşçi qrup yaradılıb.

Son xəbərlər

Orphus sistemi