Bakıda Valday klubunun səfər iclası keçiriləcək

Bakıda Valday klubunun səfər iclası keçiriləcək MDBMİ-nin prorektoru: "Foruma Rusiyanın ən böyük energetika şirkətlərinin rəhbərləri də cəlb olunacaqlar"
Xarici siyasət
14 Fevral , 2018 13:09
Bakıda Valday klubunun səfər iclası keçiriləcək

Moskva. 14 fevral. REPORT.AZ/ Valday müzakirə klubunun Bakıda keçiriləcək səfər iclasında Qərb cəmiyyətinin aparıcı analitikləri və ekspertləri iştirak edəcəklər.

Bu barədə "Report"un Rusiya bürosuna Rusiya Xarici İşlər Nazirliyinin Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun (MDBMİ) prorektoru Artyom Malqin deyib.

Onun sözlərinə görə, foruma Rusiyanın ən böyük energetika şirkətlərinin rəhbərləri də cəlb olunacaqlar.

"MDBMİ Valday klubunun təsisçilərindən biridir. Hazırda Bakıda çox güman, ölkədəki prezident seçkilərindən sonra keçiriləcək səfər iclaslarının tarixi razılaşdırılır", - A.Malqin bildirib.

Prorektor qarşıdakı forumun mövzularının nəqliyyat-enerji məsələləri və neft-qaz gəlirlərinin dövlətin fəaliyyətinin müxtəlif sahələrinə düzgün sərmayəsi olacağını vurğulayıb.

"Bakının timsalında neft gəlirlərinin şəhərin infrastrukturuna necə sərf olunduğunu görürük və bu, onu dünyanın ən gözəl şəhərlərindən birinə çevirib. Bəlkə də indi daha dəqiq sərmayə qoyulmasının vaxtı çatıb. Məsələn, kənd təsərrüfatına. Azərbaycan coğrafi mövqeyinə görə həmişə meyvə-tərəvəz məhsullarının əsas istehsal və emal mərkəzlərindən biri olub. Bütün bunlar üçün ciddi təhlil lazımdır, respublikanın rəhbərliyi də bizi bu istiqamətə yönəldir", - MDBMİ-nin prorektoru qeyd edib.

Onun sözlərinə görə, Azərbaycan şərqdən qərbə, şimaldan cənuba doğru marşrutlarda nəqliyyat mərkəzinə çevrilir və bu, ölkəyə unikal inkişaf imkanları verir.

"Valday klubu ilk növbədə düşünmək üçün fürsətdir. Bakının iqtisadi-siyasi mövqeləşməsi üçün yeni imkanlar yaranır. Həm də bu, Qərb və Rusiya şirkətlərinin görüşləri üçün əlavə platforma olacaq", - A.Malqin bildirib.

Son xəbərlər

Orphus sistemi