Bakıda Ukrayna Dövlət Bayrağı Günü qeyd olunub

Bakıda Ukrayna Dövlət Bayrağı Günü qeyd olunub Tədbirdə səfirlik işçiləri, onların ailələrinin üzvləri, həmçinin Azərbaycandakı Ukrayna diasporunun nümayəndələri iştirak ediblər
Xarici siyasət
23 Avqust , 2017 11:31
Bakıda Ukrayna Dövlət Bayrağı Günü qeyd olunub

Bakı. 23 avqust. REPORT.AZ/ Ukraynanın Azərbaycandakı səfirliyində Ukrayna Dövlət Bayrağı Günü münasibətilə təntənəli tədbir keçirilib.

"Report" xəbər verir ki, əvvəlcə Ukraynanın dövlət himni səslənib, sonra ölkənin bayrağı qaldırılıb.

Sonra Ukraynanın Azərbaycandakı səfiri Aleksandr Mişenko çıxış edərək, dövlət bayrağının təsdiqlənməsinin tarixindən, Azərbaycan-Ukrayna münasibətlərinin inkişafından danışıb.

Qeyd edək ki, tədbirdə səfirlik işçiləri, onların ailə üzvləri, həmçinin Azərbaycandakı Ukrayna diasporunun nümayəndələri iştirak ediblər.

Son xəbərlər

Orphus sistemi