Bakıda "Uels Sammitindən sonra Şimali Atlantika İttifaqı və tərəfdaş ölkələr arasında əməkdaşlıq" mövzusunda beynəlxalq konfrans keçirilib

Bakıda "Uels Sammitindən sonra Şimali Atlantika İttifaqı və tərəfdaş ölkələr arasında əməkdaşlıq" mövzusunda beynəlxalq konfrans keçirilib "Azərbaycan 20 ildən çoxdur erməni terroru ilə mübarizə aparır"
Xarici siyasət
19 Mart , 2015 10:59
Bakıda Uels Sammitindən sonra Şimali Atlantika İttifaqı və tərəfdaş ölkələr arasında əməkdaşlıq mövzusunda beynəlxalq konfrans keçirilib

Bakı. 19 mart. REPORT.AZ/ Bu gün Bakıda "Uels Sammitindən sonra Şimali Atlantika İttifaqı və tərəfdaş ölkələr arasında əməkdaşlıq" mövzusunda beynəlxalq konfrans keçirilib. "Report" xəbər verir ki, tədbir AMEA-nın İnsan Hüquqları İnstitutu, NATO-nun Azərbaycandakı Nümayəndəliyi və Rumıniyanın Azərbaycandakı səfirliyinin təşkilatçılıqları ilə baş tutub.

Tədbirdə ilk olaraq çıxış edən AMEA-nın İnsan Hüquqları İnstitutunun direktoru, deputat Aytən Mustafayeva Azərbaycanın beynəlxalq təşkilatlara getdikcə genişlənməkdə olan inteqrasiyasından, Azərbaycan-NATO əlaqələrinin əhəmiyyətindən, Cənubi Qafqaz geostrateji məkanında yerləşən dövlətlərin təhlükəsizlik problemlərindən və bu regionun Şimali Atlantika təşkilatı üçün oynadığı roldan bəhs edib.

Onun sözlərinə görə, gələcəkdə Azərbaycan və NATO əməkdaşlığı bir neçə istiqamətdə davam etdiriləcək: "Ən əsas əməkdaşlığımız Azərbaycan ərazilərinin minalardan təmizlənməsi istiqamətində olmalıdır. Çünki MDB məkanında Azərbaycan əraizisinin bir hissəsi minalarla çirklənmiş ərazilərdəndir. Ona görə də NATO ilə bu istiqamətdə çalışmalıyıq. Digər vacib sahə isə terrorla mübarizədir. Hansı ki, Azərbaycan 20 ildən çoxdur erməni terroru ilə mübarizə aparır".

Rumıniyanın Azərbaycandakı səfiri Daniel Kristian Çiobanu deyib ki, görülən tədbirlərin nəticəsi olaraq Azərbaycan ictimaiyyətinin NATO-ya marağı artıb:

Tədbirin I bölməsində Azərbaycan və NATO-nun hazırkı əməkdaşlığından və Şimali Atlantika İttifaqı və tərəfdaş ölkələr arasındakı əməkdaşlığın gələcək perspektivlərindən bəhs edilib.

Müzakirələr zamanı Azərbaycan, Şimali Atlantika İttifaqı və tərəfdaş ölkələr arasında əməkdaşlığın bir sıra aspektləri ətrafında fikir mübadiləsi aparılıb, iştirakçılar müzakirə olunan məsələ ilə bağlı təklif və mülahizələrini bildiriblər.

Son xəbərlər

Orphus sistemi