Bakı. 30 aprel. REPORT.AZ/ Bakıda Türkmənistanın neytrallığının 20 illiyinə həsr olunan konfrans keçiriləcək.
Türkmənistanın Azərbaycandakı səfirliyindən "Report"a bildiriblər ki, konfrans mayın 26-da Azərbaycan Prezidenti yanında Strateji Tədqiqatlar Mərkəzi ilə birgə keçiriləcək.
Səfirliyin məlumatına əsasən, konfransda Türkmənistandan böyük nümayəndə heyətinin iştirakı gözlənilir.