Bakıda Türkiyənin Respublika günü münasibətilə şəhidlərin xatirəsi anılıb

Bakıda Türkiyənin Respublika günü münasibətilə şəhidlərin xatirəsi anılıb Səfir Mustafa Kamal Atatürkün xidmətlərini qeyd edərək, ölkə müstəqilliyi uğrunda canından keçən əsgərlərin xatirəsini anıb
Xarici siyasət
29 Oktyabr , 2015 13:02
Bakıda Türkiyənin Respublika günü münasibətilə şəhidlərin xatirəsi anılıb

Bakı. 29 oktyabr. REPORT.AZ/ Türkiyənin Azərbaycandakı səfirliyi, eləcə də Türkiyə şirkətlərinin nümayəndələri Türkiyənin dövlət bayramı olan Respublika Günü münasibətilə Bakıda türk şəhidlərinin xatirəsinə ucaldılmış abidəni ziyarət ediblər.

"Report" xəbər verir ki, əvvəlcə Türkiyənin Azərbaycandakı səfiri İsmayıl Alper Coşqun şəhidlərinin xatirəsinə ucaldılmış abidənin önünə əklil qoyub. Ardından Azərbaycan və Türkiyənin dövlət himnləri səsləndirilib və səfir xatirə kitabına qeydlər edib.

İ.A.Coşqun Türkiyə Cümhuriyyətinin əsasını qoyan Mustafa Kamal Atatürkün xidmətlərini qeyd edərək, ölkə müstəqilliyi uğrunda canından keçən əsgərlərin xatirəsini anıb. O əlavə edib ki, Türkiyənin dövlət bayramını qardaş Azərbaycanda qeyd etməkdən məmnunluq hissi keçirir.

Son xəbərlər

Orphus sistemi