Bakı. 15 mart. REPORT.AZ/ Bakıda Türkiyə və Gürcüstanın xarici işlər nazirləri Mövlud Çavuşoğlu ilə Mixeil Canelidze arasında görüş başlayıb.
"Report" xəbər verir ki, görüşdə iki ölkə arasında əməkdaşlığın inkişafı, eləcə də aktual beynəlxalq və regional məsələlər müzakirə olunur.
Xatırladaq ki, Mövlud Çavuşoğlu və Mixeil Canelidze bu gün keçiriləcək Azərbaycan, Gürcüstan, İran və Türkiyə xarici işlər nazirlərinin ilk görüşündə iştirak etmək üçün Bakıya gəliblər.