Bakıda türkdilli ölkələrin miqrasiya problemləri müzakirə olunur

Bakıda türkdilli ölkələrin miqrasiya problemləri müzakirə olunur Toplantıda mənşə, tranzit, və təyinatı üzrə ölkələr üçün miqrasiyanın inkişaf edən qlobal vacibliyi müzakirə olunacaq
Xarici siyasət
21 Noyabr , 2014 14:39
Bakıda türkdilli ölkələrin miqrasiya problemləri müzakirə olunur

Bakı. 21 noyabr. REPORT.AZ/ Bu gün də Bakıda Türkdilli Ölkələrin Parlament Assambleyasına üzv ölkələrin Sosial Siyasət Komitələri rəhbərlərinin 2-ci toplantısı öz işinə başlayıb.

"Report" xəbər verir ki, iclasın açılışında Milli Məclisin Sosial Siyasət komitəsinin sədri Hadı Rəcəbli bildirib ki, TürkPa 6 il bundan qabaq yaradılıb və fəaliyyətini uğurla davam etdirir. O qeyd edib ki, miqrasiya problemi dünyanı narahat edən ən böyük problemdir. Dünyada qanunsuz miqrasiya edənlərin sayı 250 milyonu ötür. Türkdilli dövlətlər arasında da bu problemlər mövcuddur".

“TÜRKPA üzvü ölkələrinin miqrasiya problemləri və imkanları” mövzusunda iki gün davam edəcək toplantıda, mənşə, tranzit, və təyinatı üzrə ölkələr üçün miqrasiyanın inkişaf edən qlobal vacibliyi və TÜRKPA üzv ölkələri üçün onun artan əhəmiyyəti müzakirə olunacaq.

Son xəbərlər

Orphus sistemi