Bakıda "Şərq Tərəfdaşlığı" proqramının yubiley konfransı keçirilib

Bakıda "Şərq Tərəfdaşlığı" proqramının yubiley konfransı keçirilib Şərq Tərəfdaşlığı proqramının icrası Avropa İttifaqı üçün olduqca əhəmiyyətlidir. Bu proqram qonşuluqda dost qazanmaq məqsədi daşıyır.
Xarici siyasət
3 May , 2019 19:00
Bakıda Şərq Tərəfdaşlığı proqramının yubiley konfransı keçirilib

"Şərq Tərəfdaşlığı" proqramının icrası Avropa İttifaqı üçün olduqca əhəmiyyətlidir. Bu proqram qonşuluqda dost qazanmaq məqsədi daşıyır".

“Report” xəbər verir ki, bunu Bakıda "Şərq Tərəfdaşlığı" proqramının 10 illiyinə həsr olunan beynəlxalq konfransda Litvanın sabiq xarici işlər naziri Viqaudas Uşaskas bildirib.

O, proqramın qarşısında hələ də kənar problemlərin olduğunu qeyd edib: "Hər şeyin istədiyimiz kimi olmadığını etiraf etməliyik. Dostluq siyasəti özünü tam doğrultmayıb. Bunun səbəbləri arasında regionda bir neçə münaqişənin mövcudluğu, habelə Rusiyanın proqrama qoşulmayaraq onun həyata keçirilməsinə qarşı çıxması da var".

Avropa Siyasət Mərkəzinin eksperti Amanda Pol da Avropa İttifaqının gələcəyi baxımıdan mühüm amillərdən biri kimi may ayında Avropa Parlamentinə keçiriləcək seçkiləri göstərib: "Şərq Tərəfdaşlığı" iştirakçı ölkələrin Aİ-yə qəbul olunma perspektivini bütövlükdə bu region üçün təmərküzləşdirəcək. Bu ölkələrdən bəziləri belə bir arzu ifadə ediblər. Lakin həmin istiqamətdə hələ çox işlər görülməlidir. Hərçənd artıq indidən region ölkələrini birləşdirən enerji və başqa regional layihələr həyata keçirilir".

Ekspert Azərbaycanın "Şərq Tərəfdaşlığı" məsələsində ehtiyatlı mövqe tutduğunu vurğulayıb.

Qara Dəniz Beynəlxalq Universitetinin professoru Giorgi Mçedlişvili də Gürcüstanın "Şərq Tərəfdaşlığı" çərçivəsində Aİ qarşısındakı öhdəliklərinin 83 faizini yerinə yetirdiyini bildirib: "Beləliklə, bu məsələdə biz rekord vurmuşuq. Aİ-yə inteqrasiyaya səy göstərmək islahatlar və modernləşmə yoludur".

Xatırladaq ki, 2009-cu ildən həyata keçirilən "Şərq Tərəfdaşlığı" proqramının məqsədi Azərbaycan, Belarus, Ermənistan, Gürcüstan, Moldova və Ukrayna ilə regional əməkdaşlığı inkişaf etdirməkdir.

Son xəbərlər

Orphus sistemi