Bakıda "Qlobal Sülh Sammiti”nin açılış mərasimi keçirilib

Bakıda "Qlobal Sülh Sammiti”nin açılış mərasimi keçirilib Bakıda “Qlobal Sülh Zənciri” ("Global Peace Chain") təşkilatı çərçivəsində “Qlobal Sülh Sammiti”nin açılışı mərasimi keçirilib.
Xarici siyasət
30 May , 2022 15:42
Bakıda Qlobal Sülh Sammiti”nin açılış mərasimi keçirilib

Bakıda “Qlobal Sülh Zənciri” ("Global Peace Chain") təşkilatı çərçivəsində “Qlobal Sülh Sammiti”nin açılışı mərasimi keçirilib.

"Report"un xəbərinə görə, dünyanın 35-dən çox ölkəsindən Bakıya toplanmış gənclər, dünyada olan qlobal problemləri, müharibədən sonra yaranan sülh imkanlarını və şəxsi sülh təşəbbüsləri haqda çıxış edib, panel diskussiyalarda iştirak etdilər.

"Qlobal Sülh Zənciri" dünyanın ən öndə gedən QHT-lərindən biri olaraq məqsədi gənclər, diplomatlar, səfirlər, nüfuzlu icma qrupları, icma əsaslı təşkilatlar vasitəsilə bütün dünyada tolerantlıq, inklüzivlik və sosial sülhün qurulması mədəniyyətini inkişaf etdirməkdir.

Bundan əvvəl sammitə İstanbul, Dubay, Yoxannesburq kimi şəhərlər ev sahibliyi edib.

“Qlobal Sülh Zənciri”nin təsisçiləri Kamran Zafar və Muhammad Ahmad öz çıxış nitqlərində belə çətin və müharibələrlə dolu bir zamanda sülhün vacibliyindən danışıblar.

Bildiriblər ki, hər bir insan sülh quruculuğuna töhfə verə bilər. Onlar həmçinin Cənubi Qafqaz regionunda ölkələr arasında əməkdaşlığı daha da gücləndirməyə çağırıblar, sülh prosesində gənclərin rolunu yüksək qiymətləndiriblər.

Açılış mərasimində Milli Məclisin deputatı Vüqar İskəndərov postmünaqişə dövründə regionda yaranmış yeni reallıqlardan bəhs edib, Azərbaycanın həmişə sülhə açıq olduğunu və buna töhfə verdiyini söyləyib. Həmçinin Azərbaycan və Ermənistan arasında ölkəmizin sülh üçün hansı addımları atdığını və burada gənclərin rolunu xüsusi vurğulayıb.

Qeyd edək ki, sammit mayın 31-də yekunlaşacaq.

Son xəbərlər

Orphus sistemi