Yuxarı

Bakıda Özbəkistan haqqında miniatür kitabın təqdimatı keçirilib

Kitablar Bakıda Miniatür Kitab Muzeyində sərgilənəcək

Bakı. 29 avqust. REPORT.AZ/ Bakıda Özbəkistan haqqında miniatür kitabın təqdimatı keçirilib.

"Report" xəbər verir ki, təqdimat Özbəkistanın Müstəqillik Gününə həsr olunub.

Tədbirdə çıxış edən Özbəkistanın Azərbaycandakı səfiri Şerzod Fayziyev müstəqillik illərində ölkəsinin uzun yol qət etdiyini, mühüm strateji məqsədlərə çatdıqlarını bildirib. O, həmçinin beynəlxalq ictimaiyyət tərəfindən qəbul edilmiş "Özbək modeli" islahatından danışıb.

Kitab haqqında danışan səfir qeyd etdiyi faktların "Prezident İslam Kərimov", "Müstəqilliyin əsasları", "Özbəkistan" adlı miniatür kitablarda əks olunduğunu söyləyib. Ş.Fayziev iki qardaş ölkə arasında dostluq münasibətlərinin olduğunu xatırladaraq bu miniatür kitabların ölkələr arasında daha bir güclü körpü olacağına əminliyini ifadə edib.

Özbəkistanın Azərbaycandakı səfirliyinin dəstəyi ilə 100 nüsxə dərc edilən kitabın ölçüsü 50x55 mm-dir. Kitablar iki dildə - rus və ingilis dillərində çap olunub.

Kitablar Bakıda Miniatür Kitab Muzeyində sərgilənəcək.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi