Yuxarı
    Bağlamaq

    Bakıda NATO-nun tərəfdaş ölkələrlə əməkdaşlıq perspektivləri müzakirə olunacaq

    Bakıda Varşavada NATO Sammiti-2016 - ehtimallar və ümidlər beynəlxalq konfrans keçiriləcək

    Bakı. 3 mart. REPORT.AZ/ Martın 7-də Bakıda "Varşavada NATO Sammiti-2016 - ehtimallar və ümidlər" beynəlxalq konfrans keçiriləcək.

    Rumıniyanın Azərbaycandakı səfirliyindən "Report"a verilən məlumata görə, tədbir Azərbaycan Milli Elmlər Akademiyası İnsan Hüquqları İnstitutu ilə birgə təşkil olunacaq.  

    Konfransda müxtəlif nazirliklərin və parlamentin nümayəndələri, NATO-ya üzv ölkələrin Azərbaycandakı səfirliklərinin hərbi attaşeləri iştirak edəcək. Həmçinin NATO-nun Qafqaz üzrə koordinator zabiti Uilyam Lahyunun iştirakı gözlənilir. 

    Konfransın məqsədi Avro-Atlantik təhlükəsizliyin və NATO-nun tərəfdaş ölkələrlə əməkdaşlıq perspektivlərinin müzakirəsidir. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi