Bakı. 25 iyun. REPORT.AZ/ Bakıda NATO-nun Azərbaycanda Beynəlxalq Məktəbinin (NİSA) yay sessiyası keçiriləcək.
NİSA-dan "Report"a verilən məlumata görə, sessiya iyunun 27-də başlayacaq və iyunun 1-dək davam edəcək.
Əsas müzakirə mövzusu iyulun 8-9-da Varşavada keçiriləcək NATO sammiti ilə bağlı məsələlər olacaq.
Sessiyanın işində 17 ölkədən 40 nəfər iştirak edəcək.