Bakıda Misirin milli bayramı münasibətilə rəsmi qəbul keçirilib

Bakıda Misirin milli bayramı münasibətilə rəsmi qəbul keçirilib Bakı. 13 iyul. REPORT.AZ/ Bu gün Bakıda Misirin milli bayramı - İnqilab Günü münasibətilə rəsmi qəbul keçirilib.
Xarici siyasət
13 İyul , 2018 20:36
Bakıda Misirin milli bayramı münasibətilə rəsmi qəbul keçirilib
Report

Bakı. 13 iyul. REPORT.AZ/ Bu gün Bakıda Misirin milli bayramı - İnqilab Günü münasibətilə rəsmi qəbul keçirilib.

"Report" xəbər verir ki, tədbir hər iki ölkənin dövlət himnlərinin səsləndirilməsi ilə başlayıb.

Daha sonra Misirin Azərbaycandakı səfiri Adel İbrahim çıxış edib.

Səfir Azərbaycan hökumətinə və xalqına qonaqpərvərliyinə görə səmimi minnətdarlıq edib : "Bu, Misirlə Azərbaycan arasında qarşılıqlı münasibətlərin genişləndirilməsinin təzahürüdür. Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkənin inkişaf etdirilməsində Azərbaycan xalqının əldə etdiyi uğurları alqışlayıram. Müxtəlif dinlərin və təriqətlərin birgə sülh şəraitində yaşadığına heyran qalmışam. Misirlə Azərbaycan tarixən səmimi və ikitərəfli münasibətlər qurub. Sosial tərəqqiyə nail olmaq üçün bir-birimizin səylərini dəstəkləyirik".

Tədbirdə iştirak edən Milli Məclis sədrinin müavini Bahar Muradova Misirin beynəlxalq müstəvidə layiqli yerinin olduğunu bildirib: "Səfirliklərimizin ikitərəfli istiqamətdə gördüyü işlər təqdirəlayiqdir. Azərbaycan Prezidenti İlham Əliyevin 2007-ci ildə Misirə səfəri ikitərəfli əlaqələrin daha da genişləndirilməsi üçün mühüm rol oynayıb. İki ölkə arasında iqtisadiyyat, energetika, turizm və digər sahələrdə əlaqələrin genişləndirilməsi üçün potensial imkanlar mövcuddur. Ümid edirəm ki, bu tərəfdaşlıq gələcəkdə daha da dərinləşəcək. Bu günə qədər iki ölkə arasında 40-a yaxın sənəd imzalanıb. Azərbaycan Misirlə iqtisadi və ticarət əlaqələrinin daha da gücləndirilməsinə xüsusi önəm verir ".

Son xəbərlər

Orphus sistemi