Bakıda MDB ölkələrində terrorizm və ekstremizmə qarşı mübarizə məsələlərinin müzakirə olunduğu iclas başlayıb - ƏLAVƏ OLUNUB

Bakıda MDB ölkələrində terrorizm və ekstremizmə qarşı mübarizə məsələlərinin müzakirə olunduğu iclas başlayıb - ƏLAVƏ OLUNUB Məsləhətləşmənin məqsədi MDB dövlətlərinin xüsusi xidmət orqanlarının əməkdaşlığının daha da möhkəmləndirilməsidir
Xarici siyasət
5 Oktyabr , 2017 10:24
Bakıda MDB ölkələrində terrorizm və ekstremizmə qarşı mübarizə məsələlərinin müzakirə olunduğu iclas başlayıb - ƏLAVƏ OLUNUB
Report/ Orkhan Azim

Bakı. 5 oktyabr. REPORT.AZ/ Bakıda Müstəqil Dövlətlər Birliyinin (MDB) Anti-terror Mərkəzləri nəzdində Elmi Məsləhət Şurasının geniş plenar iclası və MDB dövlətlərinin təhlükəsizlik və xüsusi xidmət orqanlarının terrorizm və ekstremizmin digər zorakı təzahürləri ilə mübarizə üzrə bölmələrinin nümayəndələrinin VII regional ekspert məsləhətləşməsi keçirilir.

“Report”un xəbərinə görə, məsləhətləşmənin məqsədi MDB dövlətlərinin xüsusi xidmət orqanlarının əməkdaşlığının daha da möhkəmləndirilməsidir.

Tədbirdə Azərbaycan Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) rəis müavini İsmayıl Bağırov və digər rəsmilər iştirak edirlər.

***

MDB-nin Anti-terror Mərkəzi rəhbərinin müavini Marat Abdırayev bildirib ki, birliyə üzv dövlətlərin vətəndaşlarının terror təşkilatları tərəfindən məsafədən ələ alınmasna qarşı mübarizə yolları geniş müzakirə olunmalıdır: "Belə iclaslar hər il keçirilir. Bu toplantı ilk dəfədir ki, Bakıda baş tutur. Yaradılan şəraitə görə Azərbaycan Dövlət Təhlükəsizliyi Xidmətinin rəhbərliyinə minnətdarlığımızı bildiririk".

Son xəbərlər

Orphus sistemi