Bakıda MDB Miqrasiya Orqanları Rəhbərləri Şurasının 19-cu iclası keçirilir

Bakıda MDB Miqrasiya Orqanları Rəhbərləri Şurasının 19-cu iclası keçirilir İclasın gündəliyinə 18 məsələ daxil edilib
Xarici siyasət
12 Oktyabr , 2016 11:00
Bakıda MDB Miqrasiya Orqanları Rəhbərləri Şurasının 19-cu iclası keçirilir

Bakı. 12 oktyabr. REPORT.AZ/ Bakıda Müstəqil Dövlətlər Birliyi (MDB) iştirakçı dövlətlərin Miqrasiya Orqanları Rəhbərləri Şurasının (MORŞ) 19-cu iclası işə başlayıb.

"Report" xəbər verir ki, Müstəqil Dövlətlər Birliyi iştirakçı dövlətlərin Miqrasiya Orqanları Rəhbərləri Şurasının 19-cu iclasının gündəliyinə 18 məsələ daxil edilib.

İclasda Azərbaycan Prezident Administrasiyasının Hüquq mühafizə orqanları ilə iş şöbəsinin müdiri Fuad Ələsgərov, MDB İcraiyyə Komitəsinin sədri - İcraçı katib Sergey Nikolayeviç Lebedev, Rusiya Federasiyası Daxili işlər nazirinin birinci müavini Aleksandr Qorovoy, Tacikistan Respublikasının Əmək, miqrasiya və əhalinin məşğulluğu naziri Sumanqul Said Taqoyzoda, Belarus Respublikasının Daxili işlər nazirinin müavini Nikolay Melçenko, Türkmənistan Respublikasının Dövlət Miqrasiya Xidməti rəisinin müavini Mered Meredov, Qazaxıstan Respublikasının Səhiyyə və Sosial İnkişaf Nazirliyinin Əmək, Sosial Müdafiə və Miqrasiya Komitəsi sədrinin müavini Aslan Karjaubayev, Qırğız Respublikasının Miqrasiya üzrə Dövlət Xidmətinin Hüquqi təminat və beynəlxalq əməkdaşlıq şöbəsinin müdiri Çingiz Sarıbeyovun rəhbərlik etdikləri nümayəndə heyətləri iştirak edir.

Eyni zamanda, MDB Parlamentlərarası Assambleyası, Ümum Həmkarlar İttifaqları Konfederasiyası, Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissarlığı və Beynəlxalq Miqrasiya Təşkilatından da nümayəndələri də tədbirə qatılıb.

Qeyd edək ki, MDB üzv ölkələrinin Miqrasiya Orqanları Rəhbərlərinin Şurası MDB Dövlət Başçıları Şurasının 5 oktyabr 2007-ci il tarixli Qərarı əsasında yaradılıb. MORŞ-un tərkibinə - Azərbaycan, Belarus, Qazaxıstan, Qırğız, Tacikistan, Özbəkistan, Ermənistan Respublikaları və Rusiya Federasiyasının miqrasiya məsələlərinə məsul orqanlarının rəhbərləri daxildir.

Azərbaycan Respublikasını Şurada Dövlət Miqrasiya Xidməti təmsil edir. Şura çərçivəsində ildə iki dəfə görüşlər keçirilir. Şuranın iclaslarında əsasən üzv dövlətlərdə miqrasiyanın vəziyyəti, MDB iştirakçı dövlətlərinin Dövlət Başçıları Şurasının, Hö­ku­mət­ Başçıları Şurasının və Miqrasiya Orqanları Rəhbərləri Şurasının qərarlarının ic­­rası və miqrasiya proseslərinin tən­zim­lən­mə­si­nin ­pri­ori­tet ­is­ti­qa­mət­ləri müzakirə olunur. Bununla yanaşı mütəmadi olaraq, qanunsuz miqrasiyaya qarşı mübarizə sahəsində üzv ölkələrdə tətbiq olunan yeni metodlar, mövcud qabaqcıl təcrübələr, həmçinin qanunvericilik bazası barədə geniş məlumat mübadiləsi aparılır və qərarlar qəbul edilir.

Xatırladaq ki, Şuranın 8-ci iclası 2010-cu il sentyabrın 28-dən 30-dək Bakı şəhərində keçirilib.

Son xəbərlər

Orphus sistemi