Yuxarı

Bakıda kibertəhlükəsizlik məsələləri müzakirə edilir

Azərbaycanda NATO-Azərbaycan Beynəlxalq Məktəbinin (NISA) qış sessiyası başlayıb

Bakı. 11 yanvar. REPORT.AZ/ Bakıda NATO-Azərbaycan Beynəlxalq Məktəbinin (NISA) qış sessiyası başlayıb. "Report"un məlumatına görə, bu il qış sessiyası kibertəhlükəsizlik və kibercinayətkarlıq məsələlərinə həsr edilib.

Əvvəlcə tədbir iştirakçılarına kibertəhlükəsizliyin əhəmiyyəti haqqında ümumi məlumat verilib. Dünyada hər il həyata keçirilən kibercinayətkarlığın vurduğu ziyanın milyard dollarlarla ölçüldüyü qeyd olunub.

Ardından "kibertəhlükəsizliklə bağlı siyasi məsələlər", "kibertəhlükəsizliyin qanuni çərçivəsi", "kibertəhlükəsizlik, kiberhücumlar, risklər və çağırışlar" və s. mövzularında müzakirələr keçirilib.

Sessiyanın işində Azərbaycanda akkreditə olunmuş bir sıra diplomatik nümayəndəliklərin rəhbərləri iştirak edir.

Qış sessiyası yanvarın 15-də başa çatacaq.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi