Bakıda keçiriləcək MDB Daxili İşlər Nazirləri Şurasının iclasının proqramı açıqlanıb

Bakıda keçiriləcək MDB Daxili İşlər Nazirləri Şurasının iclasının proqramı açıqlanıb Bakı. 21 iyun. REPORT.AZ/ Bakıda iyulun 19-dan 21-dək MDB-yə üzv dövlətlərin Daxili İşlər Nazirləri Şurasının (DİNŞ) növbəti iclası keçiriləcək.
Xarici siyasət
21 İyun , 2018 11:04
Bakıda keçiriləcək MDB Daxili İşlər Nazirləri Şurasının iclasının proqramı açıqlanıb
0 : 00
0 : 00

Bakı. 21 iyun. REPORT.AZ/ Bakıda iyulun 19-dan 21-dək MDB-yə üzv dövlətlərin Daxili İşlər Nazirləri Şurasının (DİNŞ) növbəti iclası keçiriləcək.

"Report" xəbər verir ki, iclas zamanı təşkilata sədrlik Azərbaycana keçəcək.

İclasda cinayətkarlıqla mübarizə üzrə dövlətlərarası proqramların həyata keçirilməsi, həmçinin MDB ölkələrinin Daxili İşlər nazirliklərinin (polis) əməkdaşlığının bir sıra digər aktual istiqamətləri, eləcə də terror və (və ya) beynəlxalq terror təşkilatlarının tərkibində üçüncü ölkələrin ərazilərində silahlı münaqişələrdə iştirak edən şəxslərə münasibətdə informasiya mübadiləsi məsələlərinin, MDB ölkələri DİN orqanlarının Birlik ölkələri ərazisində müasir informasiya texnologiyaları sahəsində törədilən yeni cinayət növlərinə qarşı mübarizə üzrə koordinasiyalı hərəkətlər mexanizminin bazasının təkmilləşdirilməsinin nəzərdən keçiriləcəyi planlaşdırılır.

İclas çərçivəsində MDB-yə üzv dövlətlərin avtonəqliyyat vasitələrinin oğurluğuna qarşı mübarizə və 2005-ci il noyabrın 25-dən onların geri qaytarılmasının təmin edilməsi üzrə əməkdaşlığı haqqında sazişə dəyişikliklər edilməsi barədə protokolun imzalanması da planlaşdırılır.

Son xəbərlər

Orphus sistemi