Bakıda iqlim dəyişikliyinə həsr olunmuş tədbir keçirilib

Bakıda iqlim dəyişikliyinə həsr olunmuş tədbir keçirilib Bakıda iqlim dəyişikliyilə bağlı addımlar mövzusunda tədbir keçirilib.
Xarici siyasət
22 Oktyabr , 2021 11:40
Bakıda iqlim dəyişikliyinə həsr olunmuş tədbir keçirilib

Bakıda iqlim dəyişikliyi ilə bağlı addımlar mövzusunda tədbir keçirilib.

“Report” xəbər verir ki, 24 oktyabr - BMT Gününə həsr olunmuş tədbirdə ekologiya və təbii sərvətlər nazirinin müavini Rauf Hacıyev, Böyük Britaniyanın Azərbaycandakı səfiri Ceyms Şarp, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) idarə heyətinin sədri Orxan Məmmədov çıxış ediblər.

Müzakirələrdə rəsmi idarələrin, diplomatik korpusun, özəl sektorun, vətəndaş cəmiyyətinin nümayəndələri, media təmsilçiləri iştirak ediblər. BMT-nin COP-26 konfransı qarşısındakı hədəflərə dair ekspertlərin iştirakı ilə panel müzakirələri təşkil edilib.

R.Hacıyev bildirib ki, dünyanın mühüm problemlərindən olan iqlim dəyişikliyi Azərbaycanda da havaların qəfil dəyişməsində özünü göstərir.

Bunun fəsadlarını aradan qaldırmaq üçün müvafiq addımlar atıldığını deyən nazir müavininin fikrincə, azad edilmiş ərazilərdə “yaşıl” və “ağılllı” şəhər və kəndlərin yaradılması ətraf mühitin mühafizəsinə mühüm dəstəkdir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin iqlim dəyişikliyi və başqa məsələlərlə bağlı uzun illərdir BMT ilə əməkdaşlıq etdiyi də diqqətə çatdırılıb.

Xatırladaq ki, BMT-nin İqlim Dəyişikliyinə dair 26-cı konfransı (COP-26) 31 oktyabr – 12 noyabr tarixlərində Qlazqo şəhərində keçiriləcək.

Son xəbərlər

Orphus sistemi