Bakıda İndoneziyanın müstəqilliyinin 72 illiyi münasibətilə tədbir keçirilib - FOTO

Bakıda İndoneziyanın müstəqilliyinin 72 illiyi münasibətilə tədbir keçirilib - FOTO Tədbirdə müxtəlif dövlət və hökumət nümayəndələri iştirak edib
Xarici siyasət
6 Sentyabr , 2017 19:52
Bakıda İndoneziyanın müstəqilliyinin 72 illiyi münasibətilə tədbir keçirilib - FOTO
Report.az

Bakı. 6 sentyabr. REPORT.AZ/ Bu gün Bakıda İndoneziyanın müstəqilliyinin 72 və Azərbaycanla diplomatik münasibətlərin qurulmasının 25 illiyi münasibətilə tədbir keçirilib. 

"Report" xəbər verir ki, əvvəlcə hər iki ölkənin dövlət himnləri səsləndirilib.

Müxtəlif dövlət və hökumət nümayəndələrinin, Azərbaycanda akkreditasiyada olan səfirlərin iştirak etdiyi tədbiri giriş sözü ilə İndoneziyanın Azərbaycandakı səfiri Husnan bey Fənani açıb. Səfir Azərbaycanın ölkəsi üçün etibarlı tərəfdaş olduğunu və bu əməkdaşlığın gələcək illərdə də davam edəcəyinə inandığını qeyd edib.

Əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov qəbulda çıxış edərək Azərbaycan hökuməti adından İndoneziya xalqını əlamətdar gün münasibətilə təbrik edib. S.Müslümov deyib ki, İndoneziyanın daim Azərbaycanı dəstəkləməsi çox əhəmiyyətlidir: "İndoneziya ilə Azərbaycan arasında ticarət dövriyyəsinin həcmi 2 dəfədən çox artıb. 2016-cı ildə iki ölkə arasında ticarət dövriyyəsi 46 mln. dollar təşkil edib. Halbuki bu rəqəm 2015-ci ildə 19 mln. dollar həcmində olub".

Son xəbərlər

Orphus sistemi