Yuxarı

Bakıda İndoneziyanın müstəqilliyinin 71-ci ildönümü qeyd olunub

Tədbir bu ölkənin Azərbaycandakı səfirinin iqamətgahında təşkil olunub

Bakı. 17 avqust. REPORT.AZ/ Bakıda İndoneziyanın müstəqillik gününün 71-ci ildönümü münasibətilə bu ölkənin Azərbaycandakı səfirinin iqamətgahında tədbir keçirilib.

"Report"un məlumatına görə, əvvəlcə İndoneziyanın dövlət himni səsləndirilib və dövlət bayrağı qaldırılıb.

Daha sonra səfirlik işçiləri tədbir iştirakçıları qarşısından keçid ediblər.

Çıxış edən səfir Hüsnan Bəy Fənani İndoneziyanın müstəqillik əldə edilməsi uğrunda keçdiyi yoldan danışıb və müstəqillik uğrunda həlak olan həmvətənlilərinin xatirəsini yad edib. O, bu bayramın Azərbaycanda qeyd edilməsindən məmnunluq duyğusu keçirdiyini bildirib.

Tədbir İndoneziya milli mətbəxinin nümunələrinin nümayiş etdirilməsi və bədii proqramla davam edib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi