Bakıda İndoneziyanın müstəqillik günü qeyd olunub

Bakıda İndoneziyanın müstəqillik günü qeyd olunub Səfir və səfirliyin əməkdaşları milli musiqi alətlərində Azərbaycanın xalq mahnılarını ifa ediblər
Xarici siyasət
18 Avqust , 2015 11:07
Bakıda İndoneziyanın müstəqillik günü qeyd olunub

Bakı. 15 avqust. REPORT.AZ/ Bakıda İndoneziyanın Azərbaycandakı səfirinin iqamətgahında İndoneziyanın müstəqilliyinin elan olunmasının 70 illiyi qeyd edilib. 

"Report" xəbər verir ki, tədbirdə İndoneziyanın Azərbaycandakı səfiri Prayono Atiyanto müstəqilliyin əldə olunma tarixindən və ölkənin keçdiyi yoldan danışıb. 

Daha sonra qonaqlara İndoneziya mətbəxinin və xalq sənətinin nümununələri təqdim olunub. 

Sonda səfir və səfirliyin əməkdaşları milli musiqi alətlərində Azərbaycanın xalq mahnılarını ifa ediblər.

Tədbirdə İndoneziya diasporunun nümayəndələri, eləcə də Azərbaycanda akkreditasiyadan keçən bir sıra diplomatik missiyaların rəhbərləri iştirak edib. 

Son xəbərlər

Orphus sistemi