Yuxarı
    Bağlamaq

    Bakıda ​I Dünya Müharibəsinin başlanmasının 100-cü ildönümü münasibətilə anım həftəsi keçiriləcək

    Almaniya və Fransanın Azərbaycandakı səfirlikləri bir sıra tədbirlər təşkil edəcəklər

    Bakı. 21 noyabr. REPORT.AZ/ Bakıda Birinci Dünya Müharibəsinin başlanmasının 100-cü ildönümü münasibətilə alman-fransız anım həftəsi keçiriləcək. Bu barədə "Report"a Fransanın Azərbaycandakı səfirliyindən məlumat verilib.

    Belə ki, Almaniya və Fransanın Azərbaycandakı səfirlikləri bir sıra tədbirlər təşkil edəcəklər.

    Anım həftəsi noyabrın 25-də Erix Maria Remarkın dünyaca məşhur romanı əsasında "Qərb cəbhəsində yenilik yoxdur" filminin nümayiş olunması ilə başlayacaq.

    Növbəti gün - noyabrın 26-da axşam Azərbaycan Milli Elmlər Akademiyası nümayəndələrinin iştirakçılığı ilə alman tarixçi Folker Venorun təqdimatı nəzərdə tutulub.

    Noyabrın 27-də Azərbaycan-Alman mədəniyyət mərkəzində 1-ci Dünya Müharibəsi dövrünə aid mahnılardan ibarət konsert və əsgər məktublarının oxunması keçiriləcək.

    Noyabrın 28-də - xatirə həftəsinin yekununda müəllif Jan Klod Leskurun iştirakı ilə "The war brought to light : 14-18 through stained glass" kitabının təqdimatı olacaq.

    Bütün həftə boyu Berlin və Parisin 1-ci Dünya Müharibəsi dövrü ilə bağlı şəkillərindən ibarət sərgi nümayiş etdiriləcək.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi