Bakıda energetika, nəqliyyat və ətraf mühit məsələləri üzrə Azərbaycan-Aİ alt komitəsinin iclası keçiriləcək

Bakıda energetika, nəqliyyat və ətraf mühit məsələləri üzrə Azərbaycan-Aİ alt komitəsinin iclası keçiriləcək Aİ nümayəndə heyətinə "Şərq tərəfdaşlığı" ölkələri ilə ikitərəfli əlaqələrin şöbəsinin müdiri Dirk Şubel başçılıq edəcək
Xarici siyasət
25 Yanvar , 2017 15:32
Bakıda energetika, nəqliyyat və ətraf mühit məsələləri üzrə Azərbaycan-Aİ alt komitəsinin iclası keçiriləcək

Bakı. 25 yanvar. REPORT.AZ/ Energetika, nəqliyyat və ətraf mühit məsələləri üzrə Azərbaycan-Avropa İttifaqı (Aİ) alt komitəsinin növbəti iclası yanvarın 26-27-də Bakıda keçiriləcək.

Aİ-nin Azərbaycandakı nümayəndəliyinin mətbuat xidmətindən "Report"a verilən məlumata görə, iclasda Aİ nümayəndə heyətinə "Şərq tərəfdaşlığı" ölkələri ilə ikitərəfli əlaqələrin şöbəsinin müdiri Dirk Şubel başçılıq edəcək.

Görüş zamanı Azərbaycan və Aİ energetika, nəqliyyat sahəsində əməkdaşlığı, o cümlədən Cənub Qaz Dəhlizi, eləcə də bir sıra regional nəqliyyat layihələrini müzakirə olunacaq.

Qeyd edək ki, daha əvvəl analoji görüşün ötən il dekabr ayının ortalarında keçirilməsi planlaşdırılırdı.

Son xəbərlər

Orphus sistemi