Bakıda ATƏT sədri ilə danışıqlar zamanı Qarabağ münaqişəsi müzakirə olunub - FOTO - YENİLƏNİB

Bakıda ATƏT sədri ilə danışıqlar zamanı Qarabağ münaqişəsi müzakirə olunub - FOTO - YENİLƏNİB Bakı. 5 mart. REPORT.AZ/ “Görüş zamanı Azərbaycanla ATƏT arasındakı əməkdaşlıq məsələlərini, habelə Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı müzakirələr apardıq”.
Xarici siyasət
5 Mart , 2019 15:15
Bakıda ATƏT sədri ilə danışıqlar zamanı Qarabağ münaqişəsi müzakirə olunub - FOTO - YENİLƏNİB

Bakı. 5 mart. REPORT.AZ/ “Görüş zamanı Azərbaycanla ATƏT arasındakı əməkdaşlıq məsələlərini, habelə Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı müzakirələr apardıq”.

“Report” xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov ATƏT-in fəaliyyətdə olan sədri, Slovakiyanın xarici işlər naziri Miroslav Layçakla görüşünün yekunlarına həsr olunmuş mətbuat konfransında bildirib.

“Gələn həftə Miroslav Layçak İrəvana gedib Ermənistan rəhbərləri ilə də Dağlıq Qarabağ məsələsini müzakirə edəcək. Biz artıq bir neçə dəfə görüşmüşük. Razılığa gəlmək yollarını müzakirə etməliyik”, - deyən azərbaycanlı nazir bu münaqişə ətrafında status-kvonun yolverilməz olduğunu ATƏT-in Minsk qrupu həmsədrlərinin də dəfələrlə dilə gətirdiklərini xatırladıb.

E.Məmmədyarov sülhün bərqərar olunmasının hər iki tərəfin xeyrinə olacağını diqqətə çatdırıb.


*** 13:58

Bakıda Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarovla ATƏT-in fəaliyyətdə olan sədri, Slovakiya xarici işlər naziri Miroslav Layçak arasında görüş keçirilib.

Bu barədə “Report” xəbər verir.  

Qeyd edək ki, ATƏT sədri daha əvvəl "Report"a müsahibəsində Bakıda Azərbaycan və ATƏT əməkdaşlığının inkişafı, həmçinin Dağlıq Qarabağ münaqişəsinin nizamlanması məsələlərini müzakirə etmək niyyətində olduğunu bildirmişdi.

Xatırladaq ki, Slovakiyanın ATƏT-dəki sədrliyinin başlıca vəzifələri arasında təşkilat məkanında həlli uzanan münaqişələrin həlli və yeni münaqişələrin qarşısını almaq olduğu açıqlanmışdı.

Son xəbərlər

Orphus sistemi