Bakıda Azərbaycanla Pakistan arasında siyasi məsləhətləşmələr keçiriləcək

Bakıda Azərbaycanla Pakistan arasında siyasi məsləhətləşmələr keçiriləcək Xarici işlər nazirlərinin müavinləri səviyyəsində keçiriləcək məsləhətləşmələr zamanı geniş spektrli məsələlər müzakirə olunacaq
Xarici siyasət
5 Fevral , 2018 12:26
Bakıda Azərbaycanla Pakistan arasında siyasi məsləhətləşmələr keçiriləcək
Report

Bakı. 5 fevral. REPORT.AZ/ Bakıda fevralın 27-28-də Azərbaycan və Pakistanın xarici işlər nazirlərinin müavinləri səviyyəsində siyasi məsləhətləşmələr keçiriləcək.

"Report" xəbər verir ki, bu barədə Pakistanın Azərbaycandakı səfiri Səid Xan Mohmand bildirib.

Səfirin sözlərinə görə, məsləhətləşmələr zamanı geniş spektrli, o cümlədən siyasət, iqtisadiyyat, ticarət, hərbi əməkdaşlıq sahəsində məsələlər müzakirə olunacaq.

Son xəbərlər

Orphus sistemi