Yuxarı
    Bağlamaq

    Bakıda Azərbaycanda yaşayan Rusiya həmvətənləri ictimai təşkilatların ölkə konfransı keçirilir

    Doroxin: Xaricdə yaşayan həmvətənlərin dəstəklənməsi Rusiyanın xarici siyasətinin əsas mövzularından biridir

    Bakı. 30 may. REPORT.AZ/ Bakıda Azərbaycanda yaşayan Rusiya həmvətənləri ictimai təşkilatların ölkə konfransı keçirilir.

    "Report" xəbər verir ki, tədbirdə çıxış edən Rusiya həmvətənləri təşkilatlarının koordinasiya şurasının sədri Gülcan Məsoutova bildirib, ki, bu il  əlamətdar olub, çünki bu il ictimai təşkilatın yaradılmasının 20 illik yubileyi qeyd olunur və Azərbaycanda 2016-cı il mültikulturalizm ili elan olunub. 

    Öz növbəsində Rusiyanın Azərbaycandakı səfiri Vladimir Doroxin bildirib ki, son illər xaricdə  yaşayan həmvətənlərin dəstəklənməsi Rusiyanın xarici siyasətinin əsas mövzularından biri olub.

    Onun sözlərinə görə, Rusiya üçün hər bir səs vacibdir, xüsusilə də Rusiyanın görünməmiş informasiya təzyiqinə məruz qaldığı bir dövrdə. O əlavə edib ki, maliyyələşmə ilə bağlı problemlərə baxmayaraq, Rusiya xaricdəki həmvətənlərinə göstərilən dəstəyi davam etdirir.

    Konfransın sonunda yekun bəyannamə qəbul ediləcək.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi